Formula1 və Bakı Qranprisi

 Bu dəfə Formula 1 yarışları ilə bağlı bir məqalə yazmağı düşündük. Bakıda keçirilən yarışlar öz dramatikliyi ilə fərqlənir. Belə şəhər yarışı  olduğu üçün qəzalar və ötmələr üstünlük təşkil edir. Hər halda  2 il dalbadal Formula1 tamaşaçıları tərəfindən keçirilən səsvermədə Bakı qranprisi ən maraqlı yarış seçilmişdir. Bu dəfədə belə gözlənti var. Hər halfda Hamilton həm Bottasdan həm də Vetteldən ciddi rəqabət gözlədiyini bildirib. Gizli favoritlər isə Verstapen və Leclerdir.
 Yarışın Bakıda keçirilməsi bir çox şirkətlərin  müxtəlif marketinq tədbirləri keçirməsinə səbəb olur.

Bu Azercell şirkətinin reklamıdır. Hər halda hesab edirəm ki, müsbət qiymətləndirmək olar.
Həmçinin onuda qeyd etmək lazımdır ki, bu dəfə ilk dəfə olaraq yarış ərazisində müəəyən bir ərazidə yerli şirkət reklam posteri üçün trasın müəyyən hissəsi ayrılacaqdır. Hansı şirkət olacağı barədə hələki məlumat yoxdur ancaq bu çox müsbət tendensiyadır. Bizim yerli şirkət Rolex, Heineken, Emirates və s. kimi brendlərlə yanaşı olmaq və bütün dünyanın izlədiyi yarışda reklam olunmaq hər bir şirkətə fayda və brend imici qazandıra bilər.
 Bir maraqlı Gerilla Marketing nümunəsini də sizə göstərmək istədim. Hesab edirəm ki, bu cür yanaşmalar kreativ reklamı dəstəkləyir və insanları pozitiv hisslər bəxş edir.

Bu bakı yarışı barəsində yazdığım ikinci məqalədir. Digər məqaləmi  aşağıdakı linkdən əldə edə bilərsiniz.




















Comments