Leontyev Paradoksu

Leontyev  Paradoksu çox maraqlı nüansları ilə seçilir. Əvvəlcədən qeyd etmək istəyirəm ki, bu paradoksu anlaya bilməyiniz üçün bir çox iqtisadi faktorların mahiyyətini bilmək vacibdir. Ancaq çalışacam ki, ən sadə yol ilə sizə bu paradoksu izah edim.
İqtisadi nəzəriyyəyə görə ölkədə istehsal olunan məhsullar bu istehsal üçün hansı istehsal amili üstünlük təşkil edirsə məhsulların payındada bu özünü göstərir.
İstehsal amilləri: əmək, torpaq, kapital, texnologiya.

Əgər sizin istehsal etdiyiniz məhsul daha çox əmək tələb edirsə o məhsul əməktutumlu məhsul hesab olunur. Yox əgər yüksək kapital tələb edirsə o zaman həmin məhsul kapitaltutumlu hesab olunur. Bu özünü ölkənin ümumi istehsal səviyyəsindədə göstərir. Yəni Çində daha çox əməktutumlu məhsullar istehsal olunursa, Avropa ölkələrində isə kapitaltutumlu hesab olunur.
Leontyev ikinci dünya müharibəsindən sonra ABŞ-ın ixrac etdiyi məhsullar ilə idxal etdiyi məhsullar arasında bir müqayisə aparır. Leontyev ABŞ-ın məhsullarının kapitaltutumlu olduğunu düşünürdü yəni ixrac olunmuş məhsulların kapitaltutumlu idxal olunmuş məhsulların isə əməktutumlu olduğunu gözləyirdi. Ancaq o müxtəlif illər üzrə araşdırma apardıqdan və bu müqayisəni həyata keçirdikdən sonra müəyyənləşdirdiki idxal olunan məhsullar daha çox kapitaltutumludur. Leontyev ABŞ-ın məhsullarının necə əməktutumlu olduğunu düşünürdü. Leontyevin qənaətinə görə ABŞ-da istehsal olunan məhsullar daha çox beyin məhsuludur. Belə ki, onların istehsal etdikləri məhsullar digər ölkələrdə olan insanların istehsal bacarıqlarından daha üstündür. Ancaq daha sonra Leontyevin fikirlərinin yalnış olduğu ortaya çıxdı. Bunun üçün 3 əsas məqam vurğulanır.
1. İşçi qüvvəsinin beyin məhsulları istehsal etdikləri faktı əməktutumlu hesab oluna bilər, ancaq o, insanların yetişməsi üçün təhsilə böyük kapital yatırılmışdır.
2. ABŞ-ın böyük həcmdə xammal idxal etməsi və o məhsulların emal edilməsi böyük kapital tələb edir.
3. İdxal olunan zaman gömrük rüsumları idxal olunan məhsulların qiymətlərini qaldırır və Leontyev onu bu qiymətlər ilə hesablayıb.
Gəlinən nəticə budur ki, əslində ilkin baxışdan Leontyev haqlıdır ancaq dolayısı ilə haqsızdır.
Ancaq ümumilikdə həm Leontyevin haqlı tərəfi var həm də istehsal amilləri nəzəriyyəsinin
Subyektiv olaraq bildirə bilərəm ki, bir məhsul çox kapitaltutumlu ola bilər. Ancaq istehsal olunan məhsulların beyin kəşfi olması və qeyri-maddi olması gözdən qaçırılması doğru deyildir. Nəticədə insan yoxdursa pulun əslində dəyəri yoxdur. Pula dəyər verən, onu artıran insandır. Sadəcə kapital öz özlüyündə heçnədir. Ancaq insan kapital olmasa belə bir dəyərə və yaradıcılığa malikdir. Bu kapital və beyin ilə müqayisə hər ikisinin önəmli olduğunu göstərir ancaq insanın qeyri-maddi əməyi nisbətən üstünlüyə malikdir.

Comments