Marketinq şöbəsinin strukturu şirkətin fəaliyyəti üçün ən vacib və təsiredici faktorlardan biridir.
Əgər bu struktur təkmil şəkildə qurulmazsa bu bütün şirkətin fəaliyyətinə zərər vura bilər. Belə ki, marketinq strukturu elə olmalıdır ki, şirkətin bütün şöbələri ilə koordinasiyalı (əlaqəli) şəkildə işləyə bilsin. Buraya HR, Maliyyə, Təchizat (logistika), Satınalma, Satış (bəzən marketinq şöbəsinintərkibində də olur) və s.
Səbəb isə ondan ibarətdir ki, marketinqin gördüyü işlərin effektiv olması məhz bu koordinasiyadan asılıdır.
Marketinq strukturunda müxtəlif alt bölmələr olur: reklam və satışın stimullaşdırılması, araşdırma və inkişaf, müştərilərlə münasibətlər (CRM), satış, əmtəə şöbəsi və s.
Marketinqin idarəetmə strukturu yaradılarkən müxtəlif təsnifata əsasən yaradılır. Bunlar: funksional, ərazi üzrə (coğrafi), əmtəə qrupları üzrə, seqment (bazara görə) üzrə
Funksional marketinq şöbəsinin funksiyaları (reklam, bölüşdürmə, innovasiya, araşdırma və s. ) üzrə həyata keçirilir. Ancaq şirkətin təklif olunan məhsul xidmətləri artdıqca bu idarəetmə strukturu öz effektivliyini azaldır.
Ərazi üzrə isə sirkətin iki mağazası var biri ölkənin bir şəhərində digəri isə uzaq bir regionunda ola bilər və bu fərqlilikləri nəzərə alaraq fəaliyyət göstərmə. Bu əsasən şirkətin satış şöbəsinin daha geniş və çeşidli olmasına səbəb olur. Belə ki, regional özləridə müxtəlif şəxslər idarə edir, regionda qəsəbələr, küçələr və s. kimi kiçik zonalara qədər şəxslər olur.
Əmtəə prinsipi üzrə adından göründüyü kimi müxtəlif məhsullar üzrə müxtəlif marketinq tədbirləri görülür. Procter and Gamble şirkətinin eyni Ariel və Tide məhsulları hər ikisi yuyucu toz olsada biri keyfiyyətli olduğunu digəri ucuz və qənaətcil olduğunu mövqeyləndirirlər.
Seqment üzrə isə bazarın xüsusiyyətləri üzrə bazar və əmtəə bazar olur . Bazar strukturunda topdan, pərakəndə, B2B (business to business) və s. üzrə qruplaşma aparılır və hər bir sahəyə nəzarət edən şəxslər olur.
Əmtəə bazar modelində həm bazar həm də əmtəə üzərindən idarəetmə həyata keçirilir. Bu matrisa forması ikili idarəetməyə səbəb olur .
Ancaq son dövrlərdə məhsul növləri üzrə rəhbərlərə(Brend menecerlər) üstünlük verilir digər məsələlər üzrə isə onların köməkçiləri olur. Gələcək məqaləmdə Brend menecerlər barəsində yazacağam.
http://.tl/2dNHa linkə tıklayın və bloguma dəstək olun.

Comments
Post a Comment