MENECMENT NƏDİR?
Bəzi yerlərdə idarəetmə və menecmenti termin olaraq fərqləndirirlər. Hər ikisinində mənası idarəetmədir bu yanaşma baxımından doğru deyil. Menecment məqsəd və ya məqsədlərə çatmaq üçün prosesləri,şəxslərin,resursların,innovasiyanın idarəedilməsidir. Bu gün menecmentin ən böyük problemlərinə insanların işləmək xatirinə işləmələri, maaş almaq üçün işləyənlər, vəzifə və ya status almaq üçün işləyənlər və s. misal çəkmək olar. Bu problemləridə həll etməli olanlarda elə menecerlərdir. Deyəcəksiniz ki, işçi ayın sonuna kimi maaşını gözləyən bir işçidirsə onu necə motivasiya ilə işlətmək olar. Burada işçiyə gördüyü işin əhəmiyyətliliyi izah olunmalı, verdiyi faydanı bilməsi üçün çalışmaq lazımdır. Digər tərəfdən bu işçini kollektivin tərkib hissəsi etmək vacibdir. Adətən bu tip işçilər kollektivə öyrəşdikləri zaman daha məhsuldar olurlar. Ən yaxşı metod bu işçinin kollektivdə hər hansı xüsusiyyətinin qabardılmasıdır. Məsələn: idmana marağının olması, kompüter proqramlarını yaxşı bilməsi , hər hansı müsbət xasiyyətinin qabardılması da vacib məqamlardandır. Bu proses təbii şəkildə aparılmalı və işçi bütün bunları hiss etməməlidir. Digər tərəfdən bu prosesi tədricən etmək vacibdir, çünki işçiyə dərhal gördüyü işin faydasını izah etmək çətindir tədricən olan zaman isə işçi bunu təbii proses olaraq qəbul edir. Menecerlərin bilməli olduğu əsas məqamlardan biri, pis işçilər vardır ancaq işin lazımı səviyyədə görülməməsi, işçinin formal olaraq işləməsi yalnış menecmentə görədir. Baxmayaraq ki, bir çox menecer işçiləri günahkar görürlər. Menecment yalnız idarəetmə deyil, menecment həmdə düşüncələri, fikirləri yaratmaqdır, onları oxumaqdır və onları idarəetməkdir!!!
😎
ReplyDelete