Formula 1 yarışları uzun müddətdir keçirilən və dünyanın 1 nömrəli avtomobil yarışlarından biridir. İndi bəziləri bu nəyə lazımdır, ancaq ziyanı var və s. kimi sözlər deyir və deyəcək. Unutmayın uğursuz insanlar ancaq tənqid və şikayət etməyi bilirlər uğurlu insanlar isə təklif verməyi və həll yollarını düşünürlər. O ki, qaldı Formula 1-ə qeyd etmək istərdim k, bu yarış Azərbaycanda keçiriləndən sonra keçirildiyi illər üzrə turist axını müvafiq olaraq 20% növbəti il həmin baza rəqəmindən 20 % çox turist gəlmişdir. Bu yarışların birbaşa gəliri birinci il 140 mln dollar , ikinci il isə 280 mln gəlir gətirmişdir. Bu yarışın dolayı gəlirlərini hesablamaq daha çətindir.
Əsas mən bu məqalədə Formula 1 yarışlarında marketinq və onun təsirlərini izah edəcəm. Mən özüm bu yarışa neçə illərdir ki, baxıram. Formula 1-də marketinq: 5 ildir ki, Mercedes komandasının çempionluğuna rəğmən Ferrari şirkətinin məhsulları (geyimlər, əşyalar və s.) daha baha , daha prestijli və daha çox satılır, yarış başlayarkən Rolexin saatının göstərilməsi, maşınların təkərlərinin Pirelli şirktəinə aid olması, motorların fərqli komandalarda mübarizəsi, maşınların şassi sistemlərinin mübarizəsi, Maclarenin hələdə zəif qalmasnın brend imicinə olan zərəri, sürücülərin marketinqi, qeyri-etik marketinq (sürücülərin başqa komandaya keçməsi, mexaniklərin başqa komandalara keçməsi və sirləri yayması, istərsədə Mercedesin yalandan pit stop etmık kimi cəhdləri), maşınların üzərində olan reklamlar, yarışlarda döngələrə möhtəşəm adlar verilməsi(Kanada- Çempionlar divarı, Senna döngəsi və s.), Belçika qranpirisi SPA kəndində keçirilir və bu kənd öz isti suları ilə məşhurdur indi yəqin ki, o məşhur Spa salonları ifadəsini anlayırsıznız, yayım hüquqlarından gələn gəlirlər, keçirilən ölkənin turizminə və tanınmasına yəni - turizm marketinqinə dəstək verilməsi, PR kompaiyaları üçün əlverişli mühitin yaradılması.
Birinci şəkil Ricardo və Verstapenin toqquşması, ikinci şəkil isə Vettelin özünü bilə-bilə Hamiltona çırpmasıdır. Hələ Bottasın yarışın bitiş xəttində Strolu keçməsi, qəzaların çox olması, trasın konfiqurasiyası və s. kimi amillərdə az rol oynamır.
Bu hadisələr Formula 1-in trendi idi. Hər kəs əsl yarış görürdü gözlənilməz hadisələr baş verirdi. İndi FİA-nın da bizdə yeni müqaviləni niyə imzaladığını başa düşürsünüz. Çünki bu yarışların canlı şəkildə izlənilmə sayını arıtırır və dolayısı ilə gəlirlərini artırır. Formula 1- in daim keçirilməsi ölkəmizdə turizm vərdişlərinə yiyələnməyə kömək edir. Azərbaycaın ən böyük Turizm problemi bu vərdişlərin olmamasıdır.
Azərbaycanda insanların əksəriyyətinin maşınlara marağı olsada Formula 1 haqqda az məlumatlıdırlar. Bunun üçün karting yarışları keçirilir bu müsbət addımdır ancaq bu yarışlar daha iri miqyaslı yəni rayonlar qəsəbələr sonra isə şəhər üzrə keçirilsə əla olar.
İkinci bir təklifim Azərbaycanda keçirilən qran-pri zamanı bir müsabiqə keçirilsin və qalibə puddock club - a pulsuz iştirak hüququ verilsin. Müsabiqənin şərtlərində isə yarışlar haqda suallar, komandalar, sürücülər haqqında məlumatlar kimi yarışmalar keçirdərək həmin insanların məlumatlı olmalarını stimullaşdırmaq olar. Həmdə burda word of mouth effektidə çox güclü təsir edəcəkdir.
Comments
Post a Comment