Azərbaycanda insanlar kağız paketlərdən istifadə etməyi daha çox sevsələrdə plastik paketlər daha çox istifadə edirlər.
Bunun əsas səbəbi insanların kağız paketləri daha prestijli hesab etməsidir. Xüsusilə brend mağazalarda insanlar kağız paket olmasını təkidlə istəyirlər. Ancaq bu insanlar fərqində olmadan da təbiətə böyük bir zərər vurduqlarının fərqində deyillər. Kimsə demir ki, kağız paketlər olmasın amma kütləvi tələbat olması heç də ürək açan deyil. Bildiyimiz kimi kağız paketlərin istehsalı ağacların bir o qədər məhvi deməkdir. Hesab edirəm ki, insanlar bəzən fərqində olmadan təbiətə zərər vura bilərlər və bu kimi məsələlərdə insanları məlumatlandırmaq vacibdir. Kağız paketlərdən minimum istifadə olunması məqsədəuyğundur.
Günümüzdə hər iki paketdən istifadə edənlərin sayı kifayət qədərdir.
Plastik paketlər (salafanlar) isə təbiətə daha böyük zərər verir. Plastik paketlərin verdiyi zərələri hər birimiz yəqinki eşitmişim xüsusilə onların çürüməməsi barədə olan məlumatlar. Bəzi ölkələrdə plastik paketlərin istifadəsi məhdudlaşdırılır. Azərbaycanda isə insanlar plastik paketləri zibil torbası kimi istifadə etmək üçün yığan insanlar vardır. Plastik paketlər universal xüsusiyyətlərə malik olduqlarına görə insanlara çox faydalıdır. Bəs nə etmək olar?
Əksəriyyət ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə əsas məsələ kağız paket ilə plastik paketlər arasında olan dilemma mübahisə doğurur. Bəzi şirkətlər plastik paketlər deyərək təbiəti və agacları qoruduqlarını söylədikləri halda digərləri isə plastik deyil kağız paket istifadə edərək təbiəti qoruduqlarını deyirlər. Bir tərəfdən Kağız paketlər həll oluna bilir və həmin şirkətlər kəsilmiş ağacların yerinə əlavə agaclar əkə və problemi həll edə bilərlər. digər tərəfdən bir çox ölkələrdə tez həll oluna bilən plastik paketlər təklif olunur bununla həm ağacları qırmaq məcburiyyəti yaranmır.
Əslində bu özü bir marketinqdir ki, şirkətləri məşhurlaşdırır, onları gündəmdə saxlayır və marketinqin sosial-etik konsepsiyasına (biznes fəaliyyətində cəmiyyətin fikir və davranışlarını nəzər alan marketinq) uyğun davranış tərzi göstərdiklərini bildirirlər.
Comments
Post a Comment