Bu dəfə sizlərə Amerikanın çox maraqlı bir strategiyasını təqdim edəcəyik. Heç sizə maraqlı olmayıb ki, niyə İphone və Samsung , Coca-Cola və Pepsi , Sturbucks və Gloria Jeans, MC Donalds və Burger King və s. kimi brendlər müqayisə olunurlar. Burada bir neçə həm iqtisadi həm də psixoloji təsir üsulları vardır.
Əvvəlcə onu qeyd etmək istərdim ki, Amerikada 2-yə bölmə strategiyası bütün ölkə səviyyəsində tətbiq olunur. Amerikanın siyasi partiyaları 2 əsas partiyadan Demokratlar və Respublikaçılardan ibarətdir. Basketbol yarışları şərq konfransı və qərb konfransı üzrə həyata keçirilir daha sonra bu yarışlarda qalib gələnlər play of-da mübarizə aparırlar. Yeri gəlmişkən xokkey və futbol yarışlarıda bu metodla həyata keçirilir. Amreikanın təsiri altıında olan Cənubi Koreya ki, bu da Koreya yarımadasının 2-yə bölünməsi ilə nəticələnmişdir.
Bu strategiyanın bir çox üstünlükləri vardır. Belə ki, bu hər iki şirkətin gəlirlərinin artmasına səbəb olur çünki insanların əksəriyyəti bu iki brenddən birini seçməyə meylli olacaqlar nəinki 3-cü bir alternativi barəsində düşünmək. Bir çox insanlar bu iki brendin müqayisəsini apararaq onların nüfuzlarını biraz daha da artırırlar. Bu eyni zamanda insanlara daha konkret seçimlər etməyə imkan verir digər tərəfdən insanlara aid olma hissini aşılayır (baxmayaraq ki, aid olma hissi ailə, sevgi, dostlar, mühit, dövlət və s. üçün olur). Bu rəqabət forması digər seqmentlərində ələ keçirilməsilə nəticələnir ki, bu da bazarda olan müxtəlifliyi azaldır. Məsələn: Samsung firması müxtəlif təbəqələr üçün müxtəlif çeşiddə telefonlar istehsal edən zaman bazara yeni şirkətlərin daxil olması çətinləşir.
Bir neçə situsaiyda isə bir şirkət özünü digər rəqiblə müqayisə olunması sayəsində nüfuzunu artırır. Nike Amerikada yaramış bir şirkətdir Adidas Polşaya məxsusdur bu müqayisədə Adidas Brend imici
baxımından daha çox qazanır.
Bu ikili brendlər arasında çox zaman biri digərində müəyyən qədər üstün olur. Sturbucks Gloria Jeansdən, Coca-Cola Pepsidən, İphone Samsungdan üstün hesab olunur. Ancaq bu üstünlük çox zaman formalaşmış brend imicinə görə olur nəinki məhsulun istehlak xüsusiyyətlərinə görə. Məsələn: Coca-cola ilə Pepsinin dad fərqi çox cüzi olsada Coca-Cola daha üstün brend hesab olunur.
Hətta Amreikada məşhur super qəhrəman obrazlarını yaradan və onların filmlərini çəkən 2 şirkət Marvel və DC rəqabət aparır.
Comments
Post a Comment