Biznesdə rəqabətə çox zaman yalnış izahlar verərək rəqiblərin bir-birləri ilə olan amansız mübarizəsi kimi qiymətləndirilir. Şirkətlər rəqibin onun gəlirindən məhrum etdiyini və rəqib qalib gələrsə şirkətin məhv olacağı qorxusu ilə yaşayırlar.
Digər tərəfdən bu cür yanaşma həqiqətən də həmin şirkətlərin gəlirinin azalmasına və çox zamanda bazardan çıxmasına səbəb olur. Yanaşmada olan səhvliyi ən yaxşı Azərbaycanda bank sektorunda olan rəqabəti misal gətirmək olar. Azərbaycanda baş verən devalvasiyalar bir çox bankın bağlanmasına eyni zamanda əhalinin pullarının da batmasına səbəb oldu. Nəticədə bank sektoruna qarşı böyük bir inamsızlıq yarandı. Burada yatan köklü səbəb əslində heç də bütün bankların pis işləməsi deyildi. Bank sektorunda bəzi bankların öz işlərini çox pis yerinə yetirdiklərinə görə ortabab banklara qarşıda böyük inamsızlıq formalaşması nəticəsində o banklarda bağlanmağa məcbur oldular.
İzahdan belə bir nəticəyə gəlmək olar ki, rəqiblər sizin bazarın mövcudluğuna təsir edir və siz bazarda güclü rəqiblə mübarizə aparan zaman sizin gəlirləriniz daha stabil, artan tempə malik olur. Çünki güclü rəqiblər bazarı inkişaf elətdirir nəticədə bazara böyük maraq yaradır. Başqa bir misal : siz geyim məhsullarının satışı ilə məşğul olursunuz. Əgər sizin yaxınlığınızda güclü bir geyim markası varsa insanlar ora böyük axın ilə gedirlərsə mütləq sizədə gələcəklərdir. Yəni rəqibinizin çoxlu müştərilərinin olması onların sizidə ziyarət etməsinə səbəb olur.
Bazarda Samsung və iPhone rəqabəti bazarı o qədər böyütdü ki, başqa rəqiblərin daxil olması belə onların gəlirlərini azaltmadı.
Rəqabət əslində bazarın inkişafına və sizin gəlirlərinizin artmasına səbəb olur sizi məhv etmir. Nə qədər yaxşı rəqibiniz varsa gəlirləriniz o qədər artacaqdır.
http://.tl/2dNHa linkə tıklayın və bloguma dəstək olun.

Comments
Post a Comment