Pul Bizdə, birdə niyə? İngilislərdə

Pul filankəsdə bir də İngilisdə deyirlər. Heç bu cümlənin hardan formalaşdığını nəyə əsasən yaranması barədə düşünməmisiniz heç. 

Bununla bağlı bir neçə versiyalar irəli sürürlər və bu dəfə daha maraqlı məqamları vurğulamağa çalışacağıq.
İngiltərənin pul vahidi Funt Sterlinqin dəyərinin digər valyutalara nisbətdə baha olması. Əslində bunun bir çox səbəbi vardır. Buraya İngiltərənin daxili iqtisadiyyatının çox inkişaf etməsi, maliyyə baxımından dayanıqlı bir ölkə olması səbəb olur. Əslində İngiltərə ilə bağlı bir neçə əsas məqam varki həlledici faktor kimi onları qeyd etmək vacibdir. İngiltərənin keçmiş müstəmləkəçilik siyasəti onların daxili resurslarının çoxalmasına səbəb olmuşdu. Müəyyən müddətdən sonra onların daxili iqtisadiyyatı tam əmtəələrlə dolduğu üçün  artıq İngilislər xaricə əmtəələr ixrac etməyə məcbur olmuşdular. Həmin dövr qloballaşmanın əsas təkanverici qüvvəsi hesab olunur.
London!  Niyə London önəmli şəhərdir!  heç düşünməmisiz. Niyə Qrinvinç vaxtı (0-cı saatın başlanğıcı) məhz buradadır.
London dünyanın ən bahalı şəhərlərindən bəlkə də birincisidir. Wall Street məşhurluq qazansa da London maliyyə mərkəzi baxımından ən  səs-küylü şəhərdir. Dünyada ən məşhur fond birjaları Tokio, NewYork, mərkəzi Avropada Frankfurt sayılır. Ancaq maliyyə bazarlarında ən güclü dalğalanmalar Londonda daha sonra isə Wall Street-də olur. Forex bazarlarıda London birjasının açılması ilə  birjada olan hərəkətliklər sürətlənir.
Bütün bunlar Funt Sterlinqin digər valyutalara nisbətən baha olmasına səbəb olur. Eyni zamanda Rezerv pul ehtiyatlarının yüksək olmasıda əsas faktorlardandır.
Başqa bir əfsanəyə görə London şəhərinin altı qızıl külçələrilə doludur. Burada olan qızılların müstəmləkəçilik siyasətindən, maliyyə bazarlarında olan üstünlükdən olduğu ehtimal edilir.
Bu sadalananlar pul niyə İngilislərdədir deyimini, sizdə birazda olsa təsəvvür formalaşdırdığını güman edirəm.
http://.tl/2dNHa linkə tıklayın və bloguma dəstək olun.

Comments