İstər iqtisadiyyatın idarə olunması, olsun istər şirkətin istərsədə şəxsi həyatın idarəolunması hamısını ən yaxşı idarəedici şəxslər o insanlar hesab olunur ki, onlar pozitiv menecmenti bacarırlar.
Azərbaycanda çox menecer və rəhbərlər işçiyə üz verəndə belə edir elə edir deyə bəhanələr edirlər. Bu əslində həmin insanların menecerlik bacarıqlarının zəif olduğunun göstəricisidir. Niyə? Çünki pozitiv menecmentin özünəməxsus xüsusiyyətləri onların bacarıqlarını zəiflətdiyini düşünürlər. Pozitiv menecment işçilərə rahat münasibət, onların fikirlərinə hörmət və diqqət tələb edir. Bundan başqa bu zaman xaotiklik artır deyə nizam-intizamı idarəedə bilməyəcəklərini düşünürlər. Ən əsası da menecer kimi öz ağırlıqlarını itirəcəklərini düşünürlər. Ancaq bu tip idarəetmə liderlik xüsusiyyətləri olan insanlar üçün əksinə çox rahat və cəlbedicidir. Menecerlər burada özlərinə inamlı və hər şeyin özündən asılı olmasından imtina etməli və işlər işçilərdən asılı olmasını təmin etməlidirlər. Nəticədə menecerə ancaq nəzarət və motivasiya kimi məsələlər üzərində daha çox fokuslanacaqdır. Pozitiv menecmentin faydaları işçilərin daim yüksək ruhda çalışmasını təmin edir. Belə bir fikir var ki, pozitiv menecmentdə işçilər tənbəlləşirlər. Əslində burada tamamilə başqa bir nüans vardır. İşçilər artıq çox işləməyin mənasız olduğunu hiss eləməyə başlayırlar. Pozitiv Menecmentdə əsas kreativlik yüksəlir. İnsanlar yaradıcı davranmağa meylli olurlar. İnsan rahat və fərqli isləri görmək istəyir. Təcrübə göstərir ki, yaradıcı düşüncə şirkətin gəlirlərini artıran ən böyük amildir ancaq o heç bir maliyyə və ya mühasibat hesabatlarında görsənmir deyə rəhbər şəxslər bu kimi məsələlərə önəm vermirlər.
Qeyd etmək istəyirəm ki, müasir iqtisadi inkişafın təməlində innovasiya (yeniliklər), iqtisadi islahatlar, qeyri-standart fikirlər kimi nüanslar həlledici rol oynayır.
Comments
Post a Comment