Insanların optimallıq problemi mövcuddur. Ya çox yemək yeyərik ya da az, ya çox idman edərik ya da etmərik, ya çox əsəbiyik ya çox sakit, ya çox kitab oxuyarıq ya da oxumarıq, ya çox işləyərik ya da işləmərik və s. bu siyahını çox uzatmaq olar.
İnsanlardan belə sözlər eşidirik filan şeyi etmək olar amma qaydasında. Həyatınızda bir çox şey etmək istəyirsiniz ancaq bütün bunları optimal səviyyədə həyata keçirə bilmirsiniz. İnsanların əksəriyyəti bundan şikayət edərlər. Uğur qazanmaq üçün bir çox məsələni optimal səviyyədə həyata keçirməyin vacib olduğunu deyən insanlarda görürük.
Əslində həyatınızda daim istədiyiniz stabilliyi yaxalamaq üçün optimallıq önəmlidir ancaq həlledici faktor deyil. Ən sadə bir misal işə vaxtından tezdə gedə bilərsiniz tam vaxtında da gedə bilərsiniz, bir də optimal vaxtda nə tez nə də gec olmayacaq vaxtda da gedə bilərsiniz. Tez gedən insan səbrsizlənərək axı niyə tez gəldim deyə öz-özünə şikayətlənə bilər. Tam vaxtında gələn insan hər an gecikə biləcəyini düşünə bilir. Optimal vaxtda gedən ən rahat olan insanlar hesab olunur. Ancaq məsələyə birmənalı baxmaq olmaz. İşə tez gedən insan səbrli və vaxtının dəyərini bilən bir insandırsa həmin boş zamanlarında lazım bildiyi işlərlə məşğul ola hətta işə gedən zaman piyada əlavə yürüş edərək gedərsə sağlamlıq baxımından sözün hər iki mənasında daha faydalı bir addım ata bilər. İşə tam vaxtında çatan insanlar psixoloji olaraq özünü idarəedə bilən insanlar üçün daha faydalıdır.
Buradan gəlinən nəticə odur ki, optimal olmaq yaxşıdır amma optimal olmaq məcburiyyətində deyilsiniz üstünlüyünüz nədirsə ondan da istifadə edə bilərsiniz. Əslində həyat qeyri-optimallığa daha çox meyillidir. Qeyri-tarazlığa xaotikliyə meyilli olan bir yerdə ən yaxşı addımlardan biri öz üstün tərəflərinizdən istifadə etməyinizdir. Optimallıq rasional düşünən insanların yaratdığı və gözlərində böyütdüyü bir məfhumdur.
Optimal olmaq uğur gətirədə bilər, uğursuzluq da hətta uğur qazanmaq üçün optimal olmamağınız daha yaxşıdır da deyə bilərəm.
Əgər optimallıq uğur mənbəyi olsaydı yeniliklərin həyata keçirilməsi çətinləşər və azalmağa doğru gedərdi. Məsələn: şirkətdə xərclərin kəskin artması nəticəsində onu optimallaşdırmağa çalışmaqdansa, yeniliklər tətbiq edərək xərcləri azaltmağa çalışmaq daha yaxşı nəticələrə səbəb olur.
Gördüyümüz kimi qeyri-tarazlıq əslində inkişafa təkan verir. İnanmaya bilərsiniz ancaq yoxsul insanların olması dünyanın inkişafına səbəb olur çünki müəyyən qrup insanlar onların həyat şəraitinin yaxşılaşdırılması üçün nələr etmələri barədə düşünür və hərəkət edirlər. Varlı insanların olması həyat səviyyəsi aşağı olan insanlara həmin insanlara baxaraq həmin nəticələri əldə etməyin mümkünlüyünü başa düşürlər.
Burda dediklərimi qəbul etməyə, hətta tamamilə əksini düşünə bilərsiniz ancaq həyatda olan həqiqətləri biz insanlar yaradırıq, siz də öz həqiqətlərinizi yaradın ki, başqaları da bundan istifadə edərək inkişaf və uğur əldə etsinlər.
http://.tl/2dNHa linkə tıklayın və bloguma dəstək olun.
Comments
Post a Comment