Marketinqin Gizli Təsirləri

İnsanlar artıq müasir dövrdə reklamlara ötəri baxırlar və hesab edirlər ki, onlara o qədərdə təsir etmir və öz müstəqil qərarlarını verirlər. Bu heç də belə deyil. 

Bir misal ilə bu məsələdə sizi aydınladacağam. Amerikada prezident seçkiləri zamanı televiziyada seçkiləri müzakirə edən iki nəfər var. Burada hər seçiləcək hər hansı bir prezidentin tərəfi saxlanılmır sadəcə hər iki tərəf haqqında müzakirələr edilir. Aparıcı daxilində öz seçdiyi prezidenti bildirməməsinə baxmayaraq bu verlişə baxanların əksəriyyəti aparıcının seçdiyi prezidentə səs vermişlər. Əslində aparıcı heç bir tərif söyləməmişdir və ya sevdiyi prezidentin seçilməsi üçün heç bir stimullaşdırıcı hərəkət etməmişdir. Bəs necə oldu ki bu verlişə baxanların çoxu həmin prezidentə səs veriblər. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, aparıcının mimikaları həmin prezident haqqında müzakirələr aparan zaman dəyişmişdir. Verlişə baxan insanlar da elə həmin aparıcı özüdə xəbəri olmadan insanların şüuraltısına təsir etmişdir. Belə ki, aparıcının mimikaları çox yaxından izlənildikdə və xüsusi avadanlıqlar vasitəsilə bu müəyyənləşdirilmişdir bəs insanlara bu necə təsir etmişdir? İnsanlar özləri fərqində olmadan görünən görüntünü beyinə ötürürlər və şüuraltı lazımi bütün mesajları almışdır. Qeyd etmək istəyirəm ki,  Amerikada prezident seçkiləri marketinqin ən rəqabətli formalarından biri hesab olunur.
  İnsanlar müstəqil qərarlar verdiklərini zənn edirlər ancaq çox zaman və çox az insan bunu bacara bilir. İnsanlar ədalətli düşündüklərini düşünürlər ancaq başqalarının fikirlərini öz fikri hesab edirlər. İndi isə öz düşüncələrinizi diqqətlə izləyin. Siz müxalifətin xəbərlərini oxuyaraq öz düşüncələrinizin ədalətli olacağınımı düşünürsüz yoxsa hər hansı məhsulu təsadüfən seçdiyinizi deyəcəksiniz. Heç olmayıb ki, qəfildən ürəyinizdən fanta almaq keçib, bu yəqinki Fantanın  marketinq və reklam intensivliyi yüksəldiyi dövrə təsadüf edib.
Siyasi, Psixoloji, İqtisadi, Şəxsi inkişaf, və s. və s. kimi məsələlərdə öz düşüncələriniz olduğunu düşünürsünüzsə bilinki yanılırsınız. Səbəb isə sizin bunun fərqində olmadığınızdır. Əgər bunun fərqində olsanız müstəqil düşünmə bacarığınız artacaqdır.
Unutmayın obyektiv düşündüyünüzü düşünmək belə obyektiv olmadığınızı göstərir. Ondansa bu fikrinizin subyektiv olmasını qəbul edin baxmayaraq ki,  sizin fikrinizin olma ehtimalı belə aşağıdır.
Hər şeyə rəğmən özünüzə olan inamı itirməyin.
http://.tl/2dNHa linkə tıklayın və bloguma dəstək olun.

Comments