BRENDLƏRİN İNSANİLƏŞDİRİLMƏSİ

Müasir marketinqdə şirkətlər öz konsepsiyasları ilə hərəkət etməklə bazarda öz üstünlüklərini artırmağa çalışırlar. Bəlkə də normal insanlar buna fikir vermirlər ancaq bunun təsir effekti çox yüksəkdir. Burada söhbət ondan gedir ki, brendlərə insanlara aid xüsusiyyətlər əlavə olunur bu həmin brendləri daha da cəlbedici edir. Bu əsasən avtomobil sektorunda daha çox özünü biruzə verir. Məsələn: Ford avtomobillərini alan insanlar əsasən cəsarətli, liderlik bacarığı yüksək, sürəti və göstərişi sevən insanlara aid olunur. 

Chevrolet avtomobilləri isə əsasən qənaətcil, ətraf mühiti düşünən, sadə və yığcam avtomobili sevən insan qruplarına aid edilir. Həm Ford həm də Chevrolet burada məhsullarına uyğun insan qruplarını müəyyən edə biliblər və insanlara bunu aşılamağa çalışırlar. 
Bəzi avtomobillərin ön işıqlarından onun aqressivliyi gözə çarpır bu da insan xarakterinin göstəricisidir.
  Burda sadalanan məsələlər onu göstərir ki, insanların seçdiyi brendlər onların daxili aləmlərini ortaya çıxarır. Onların həyata baxışlarını və həyat tərzlərini müəyyən edir.

Comments