Varlıdan Kasıba Pul Axını. Vergilərin Bölüşdürülməsi

Son zamanlarda Azərbaycanda sosial müavinətlərdəki artımlar bu barədə maarifləndirməyə böyük ehtiyac vardır.
Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycanda vergilərdə aparılan islahatlar sayəsində dövlət büdcəsinin gəlirlərinin stabil formalaşmasına səbəb oldu.
 Nəticədə ölkədə insanların həyat səviyyəsinin artırılması üçün maliyyə bazası formalaşmış oldu. Sosial müavinətlərin artırılması olkədə olan insanların həyat səviyyəsinin artmasına, sosial bərabərliyin artmasına gətirib çıxarır. Çünki bu müavinətlər əhalinin ən yoxsul təbəqələrinə verilir.
Bir məsələdə qeyd olunmalıdır ki, vergilərdə şəffaflıq artandan sonra həmin yığılmış vəsaitlərin əhaliyə verilməsi müsbət bir effekt yaradır. Bu həm insanları vergi verməyə təşviq edir, həm də yeni və yerli sahibkarları fəaliyyətini şəffaf qurmağa imkan verir. Həmçinin əhalidə tədricən vergidən yayınlara qarşı müəyyən psixoloji təzyiq yaradır çünki insanlar tədricən başa düşürlər ki, vergi onların həyat səviyyəsinə təsir edən amillərdən biridir. Dünya praktikasında da vergilərdən alınan vəsaitin əhaliyə bölüşdürülməsi inkişafın əsas təkanverici qüvvəsi hesab olunur. Çünki araşdırmalar göstərir ki, pulun nisbətən yüksək həyat səviyyəsinə malik olan insanlardan alınan vergilərin aşağı təbəqəyə bölüşdürülməsi sosial bərabərliyin artması nəticəsində ölkə daxilində rəqabət səviyyəsi artır. Məsələn: bir nəfər imkanlı olduğu üçün hər hansı bir idman növünə gedir. Onun qonşusu kasıb olduğu üçün gedə bilmir. Bu insanın həyat səviyyəsinin artması onunda idmana getməsinə şərait yaradır ki, buda onların hər ikisinin idmanla məşğul olmağına və rəqabətin həmin idman növündə artmasına gətirib çıxarır.
İndi isə bu çəkdiyim misalı bütöv iqtisadiyyata və ölkəyə aid etmək olar. Bu hətta şirkətlər arasında da rəqabəti kəskinləşdirir.
Ancaq burada bir çox mənfi tendensiyalar da yaranır ki, bunu üçün də maarifləndirmə tədbirləri görülməlidir. İnsanların gəlirlərinin artması onlarda ələ baxımlığı artırır və həmin insanların iqtisadi aktivliyi aşağı düşür. Xüsusilə Azərbaycanda bəzi insanlar hər bir problemin dövlət tərəfindən həll olunmasını istəyirlər. Hətta bəziləri özəl bir şirkətdə aşağı maaş almasında belə özünün günahkar olmadığını deyir. Bildirmək istəyirəm ki, əgər siz öz işinizi yaxşı səviyyədə yerinə yetirirsinizsə və kifayət qədər təcrübəniz varsa sizə yüksək dəyər verə biləcək bir yerdə işləyə bilərsiniz. Belə ki, adətən maaşının aşağı olduğunu söyləyən insanların əksəriyyətinin gördüyü işin faydalılığı az olur. İxtisası olmadığı halda hər kəsin işləyə biləcəyi bir yerdə standart iş prosedurları həyata keçirən insanlar başa düşməlidir ki, bu təbii bir haldır. Yüksək əməkhaqqı sizin gördüyünüz işin faydalılığı və yaratdığınız dəyərdən asılıdır.

Comments