Son dövrlərdə yayılan pozitiv və mənfi trendlər bu barədə maariflənmənin çatışmadığını göstərdi. İnsanlar trendlərə müxtəlif reaksiyalar verirlər bu da trendləri müxtəlif istiqamətdə inkişaf etməsinə səbəb olur. Onlar barəsində müxtəlif kateqoriyalar vermək olar, ancaq əsas hesab edilən 3 qrupdur.
İlkin düşüncəlilər (önyargılıllar).
Bu qrup insanlar yayılan trendi necə görürlərsə o cür qəbul etmələridir. Trendin yayılmasında ən çox üstünlük təşkil edən şəxslər bu insanlardır. Əgər cəmiyyətdə hər hansı bir narahat edici məqam varsa onlar ən birinci reaksiya verəcəklər özüdə emosional. Trendlərdəki bu insanlar kütlə insanları adlanır və onları idarə edən ölkəni və ya dünyanı idarə edə bilir.
Əks mövqe bildirənlər.
Bu insanlar məsələnin birmənalı deyil digər tərəflərinidə izah edərək əks arqumentlər bildirənlərdir. Əgər iqtisadi problem əmək haqqı azlığıdırsa və insanlar buna etiraz edirlərsə əks arqumentdən çıxış edənlər əmək haqqının artımının iqtisadiyyata vurduğu zərərlərdən danışacaqlar. Trendə əks reaksiya verilməsi terndin zirvəyə çıxmasına səbəb olur və müzakirələr qızışır. Xüsusilə bu insanlar İlkin düşüncəli insanlar tərəfindən mənfi bir münasibətlə qarşılanır. Çünki bir iqtisadçı əmək haqqı artımı zərərlidirsə deyirsə ilkin düşüncəli insanlar sən hardan biləsən kasıbın halını deyə bağıracaqlar.
Özlərini ağıllı göstərənlər.
Bu insanlar artıq trendə reaksiya verməkdə gecikənlər və fərqlənmək üçün hər iki tərəfin haqlı arqumentlərinin olduğunu bildirərək balanslı mövqey sərgiləyirlər. Xüsusilə bu öz egolarını tətmin etmək istəyən insanlardır ki, baş verən hadisə əslində onu o qədər də narahat etmir. Bu insanların fikirləri trendin aşağı istiqamətdə hərəkət etməsi zamanı daha da artır.
Digər qruplarda vardır ki, onlar yayılan trendlərin xüsusiyyətlərindən asılı olaraq müxtəlif cür reaksiyalar verirlər. Buraya trendləri, hadisələri sadəcə izləyənlər aiddir ki, onlar sadəcə prosesi seyr etməklə məşğul olurlar. Əhalinin əksəriyyət hissəsi təxminən 70-80%-i heç bir reaksiya verməyənlərdir. Qeyd etmək istərdim ki, İlkin düşüncəli insanlar trendə qoşulmuşların içərisində çoxluq təşkil edirlər. Ümumiyyətlə dünya ölkələrinin əksəriyyətində trendlərə 20-30% insan reaksiyalar göstərirlər. Bir qrup insanlarda vardır ki, onlar istənilən hadisəyə siyasi don geyindirməyə çalışırlar. Hesab edirəm ki, insanlar bu məsələlərdə çox diqqətli olmalıdırlar. Son zamanlarda içərişəhər ətrafında yayılan müzakirələrdə də ictimai mövqeyin olması müsbət haldır, eyni zamanda bu insanların öz tarixinə və mədəniyyətinə bağlı olmasının göstəricisidir. Ancaq bu hadisələrə siyasi pərdə atıb İçərişəhərin insanların qorunması kimi fikirlər səsləndirib və mövcud nəzaəvrət edən şəxslərin əlindən alınması kimi hərəkata çağırışlar başqa niyyətləri də göstərdi. Çalışın ki, heç kim sizdən siyasi alət kimi istifadə etməsin. Unutmayın ağlınıza və ya beyninizə gələn fikirlər həmişə doğru deyildir. Nəzərə alın ki, müxtəlis siyasi qurumların yeritdikləri psixoloji təsir metodlarından çox insanların xəbəri belə yoxdur. İndi siz təsir altında olmadığınızı düşünə bilərsiniz, ancaq araşdırmalar bunun şüuraltına yüklənildiyi və insanların xəbəri olmadan belə idarə olunmasına səbəb olduğunu göstərir
Comments
Post a Comment