PUL, PUUL, PUUUL VƏ YENƏDƏ PUL DEYƏNLƏR!!!


Maaşım azdır deyib bütün günü kafe və restoranlarda gəzirlər, pulum mənə çatmır deyib günə 2 paket (ən azı 6 AZN) siqaret çəkirlər, gəlirim azdır deyib pulunun yarısını geyimə xərcləyib hər şey çox bahadır deyirlər, 500 AZN maaş alıb kreditə iPhone X işlədirlər, gəliri əvvəlki dövrlərə nisbətən artan kimi maşın alırlar, ölkədə hər hansı bir tədbir olan kimi ondansa bu pulu camaata paylasınlar deyirlər, kənd təsərrüfatı və ya biznes krediti götürüb onu şəxsi məqsədləri üçün işlədirlər, hər şey çox bahadır deyib özləri bir məhsul satanda ikiqat qiymət qoyurlar, dövlətdən nə qoparsan qənimətdir deyib müxtəlif yollarla dövlətdən pul qoparmağa çalışırlar, rüşvət alan insanlara " ə neynəsin maaşı azdır, ailəsin dolandırmalıdıda" deyib rüşvət alanlara haqq qazandırır və özlərinin də belə bir vəziyyətə düşsələr bunu edə biləcəklərini deyirlər,  hələ heç bir iş görməmiş verilən maaşa qane olmurlar,  gördükləri işin keyfiyyəti bərbad olduğu halda yüksək gəlir istəyir,  bir problem olan kimi hər hansı inkişaf etmiş bir Avropa ölkəsində belədir deyir və soruşandakı bəs maaşının nə qədər artmasını istəyirsən çox zaman 50-200 manat arasında bir artım məbləği deyir bununla problemlərini həll edəcəyini düşünür və s. 

Azərbaycanda dəfələrlə insanlardan maaşı az olan vaxtlardan sual verəndə o zaman daha rahat  və düzgün pul xərclədiklərini söyləyirlər. Nə oldu yoxsa maaşı artan kimi problemləridə artmağa başladı. Artıq tələbatları artmış insan daha çox, daha baha almaq istəyir, bəziləri artıq ailə qura bilərəm bu maaşla deyib bir müddətdən sonra öz xərclərini daha çox artırırlar. Sonra yenə pulum çatmır, gəlirim azdır, maaşımı qaldırın deyin həyatı boyu şikayət edirlər.
Bu insanlar heç bir zaman istədikləri maliyyə vəsaitinə çata bilməyəcəklər! Onlar düşüncələrini və bacarıqlarını inkişaf etdirmədikcə  qazandıqları kiçik nailiyyətləri belə onların ayağına dolaşacaq və yenədə yıxılacaqlar.

Comments