Niyə Məhz Amerika !?

Dünyanın ən güclü iqtisadiyyatı, ordusu, texnologiyası, ən böyük qlobal brendlər və s. niyə Amerikadadır.
 Bəzi insanlar çox sadə cavablar verirlər bəziləri hər şeydə onların bəxti gətirib okeanlara çıxışı var, ərazisi böyükdür, təbii ehtiyatları çoxdur, hazır məhsulu çoxdur, onların təhsil səviyyəsi hamıdan üstündür və s. kimi izahlar verərək özümüzü aldadırıq kimi gəlmir sizə? Sizcə onlar çox inkişaf edib yoxsa biz inkişafdan qalmışıq? 
Birinci dünya müharibəsi ən qızğın dövrü 1914-1918-ci illəri əhatə edir. Bir baxın dünya müharibəsi niyəsə ancaq Avrasiya materikini əhatə edir. Buradakı ölkələr müharibələr edirlər digər qitədə sakitçilik və müharibəni kənardan seyr edirlər. Elə bu zaman kəsiyindən başlayaraq 1929-cu ilə kimi Amerika iqtisadiyyatı çox sürətlə inkişaf edir və Amerika əhalisi dünyanın ən yüksək həyat səviyyəsi olan insanlara çevrilirlər. Onlar digər ölkələrə səyahət edir və beynəlxalq turizmin formalaşmasına böyük töhfə verirlər. Heç kimin gözləmədiyi məqamda Amerikada bankların qiymətli kağızlar ilə bağlı oynadığı oyunlar 1929-1933-cü il maliyyə böhranına səbəb olur. 
  Bu Amerikanı sirkələyir və yeni bir plan qururlar dünyada Almaniya və SSRİ kimi güclü dövlətlərin qarşısında zəif olduqlarını görüb onları aralarında müharibə nəticəsində zəiflətmək, parçalamaqla  yenidən ən güclü olmaq. O zaman Amerika dünyanın ən güclüsü deyildi amma qurduqları strategiya onları ən güclü etdi. 1929-1933-cü il maliyyə böhranından sonra 1941-1945 ikinci dünya müharibəsi təsadüfən olmadı. Bu müharibədə Almanlar, Ruslar, İngilislər, Fransızlar, Türklər,Yaponlar, və s. hamısı zəiflədi. Həmin dövr ərzində isə Amerika iqtisadiyyatı özünün ən yüksək və sürətli inkişafını təmin elədi. İkinci dünya müharibəsindən qalıb yalnız bir ölkə oda Amerika oldu. SSRİ özünü qalib hesab edirdi amma əslində məğlub olduğundan xəbəri belə yox idi. Avropa müharibədən sonra təmiz çökmüşdü. Təsəvvür edin Amerikada istehsal müəssisələri açılırdısa Avropada müharibə vaxtı istehsal müəssisələri hərbi müəssələrə çevrilirdi. Daha sonra Amerika Marşall planını təqdim etdi. Necə deyərlər müharibə yarat sonra həllini təklif et. İqtisadiyyatın inkişafı üçün təqdim olunan bu planı yalnız SSRİ qəbul etmədi. 
Bütün bunlar sizi qane etməyə bilər amma özünüzə bir sual verin əsrlərdir mövcud olan ölkələrdən daha ağıllı olmağı necə bacarırlar axı və özüdə Amerika yarandığı gündən necə bu qədər ağıllı ola bilirlər. Bu sualın cavabını belə vermək olar dünyada bütün dövlətlərdən daha ağıllı olan insanlar var və onlar dövlətlərin inkişafını tənzimləyirlər. Necə ki, bu gün artıq Amerika dünyanın ən güclüsü olmaqdan imtina edir çünki etməsə onların iqtisadiyyatı çökəcək. Bəlkə də artıq dünyada lider ölkə olmayacaq.

Comments