"Azərbaycan iqtisadiyyatı çökür " başlıqlı məqalə düşünün birdə "Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir" başlıqlı məqalə. İstənilən halda insanlar iqtisadiyyatımızın çökməsi ilə bağlı xəbərləri daha çox oxuyacaq daha çox düşünəcəklər.
Bunun əksinə iqtisadiyyatımızın sürətlə inkişaf etdiyindən bəhs edən məqaləni standart (bəziləri yaltaq) kimi qəbul edəcəklər.
Bir insan haqqında mənfi bir xüsusiyyəti olduğu deyildikdə ona daha çox inanırlar.
Xəbərlərdə daşqın, bir müğənni barəsində olan ən mənfi bir hadisə, siyasi konfliktlər və s. daha çox göstərilir çünki insanlar bu tip xəbərlərə daha diqqətlə baxırlar. Cəmiyyətdə olan hər hansı mənfi bir hadisə daha tez trend olur və hər kəs onu müzakirə edir.
Azərbaycanda vəziyyət artıq o yerdədir ki, sosial şəbəkələrdə qeyri-peşəkar mənfi xəbər yayanlar daha çox izlənilir. İnsanlarda mənfilərə qarşı bu maraq hardandır?
Bu sadalananlar məhsullara da aiddir. Əgər bir məhsul barəsində mənfi bir şayiə yayılırsa insanlar o məhsula daha inanmırlar, hətta həmin firma bunu isbat eləsə belə artıq insanlardakı o hiss alış etmək fikrindən daşındırır. Məsələn: bir nəfər bazarda pendir satırsa insanlar o məhsulun daha keyfiyyətli olduğunu düşünürlər halbuki standart zavodda istehsal olunan pendir keyfiyyət baxımından elədə fərqlənmirlər, üstəlik standartlaşdırılmış məhsullar təhlükəsizlik baxımından daha etibarlıdır.
Hər kəsi başa düşürük sel və ya fəlakət baş vermiş xəbərlə müqayisədə bu gün filan ölkədə çox gözəl hava var deyilsə o xəbər diqqət çəkməyəcək, eləcə də mən Azərbaycan inkişaf edir yazsam o qədər də maraqlı olmur, insanların mənfi xüsusiyyətlərinə fikir verməkdə və s.

Unutmayın həyatda reallıq və ya gerçəklik deyə bir şey yoxdur! Hər kəsin öz baxışları vardır. Sizə məsləhətim bir xəbəri görəndə, bir kitabı oxuyanda, bir nəfər barəsində fikir eşidəndə, bir məhsul haqqında və sairə və sairə və sairə bütün bunlar eşitdiyiniz və ya gördükləriniz kimlərinsə baxışlarıdır. Onları həqiqət kimi qəbul edib özünüzü aldatmayın. Sizin üçün doğru və ya yalnış olan nədirsə ona inanın başqalarına deyil.
Comments
Post a Comment