Marketinq müəyyən mərhələr keçərək formalaşmışdır. Marketinq əslində daim mövcud olub və inkişaf edib sadəcə marketinqin aşkara çıxması zaman tələb etmişdir. Digər tərəfdən onun konkret olmaması və sərhədlərinin dəqiq müəyyən edilməsi mümkün olmadığı üçün marketinqin mövcudluğunu gecikdirmişdir.
Marketinqin necə yaranması və mahiyyətini ən yaxşı anlamaq üçün onun konsepsiyalarını bilmək vacibdir. Əsas olaraq 5 marketinq konsepsiyası müəyyən olunmuşdur:
1. İstehsalın təkmilləşdirilməsi
2. Məhsulların təkmilləşdirilməsi
3. Kommersiya amillərinin intensivləşdirilməsi (satış və reklam)
4. İstehlakçıların tələbatının ödənilməsi
5. Sosial-etik marketinq konsepsiyalarıdır.
İstehsalın təkmilləşdirilməsi konsepsiyası zamanı hər kəs məhsul istehsal etməyə çalışır və daha çox, daha çox məhsul istehsal eləmək əsas hədəf götürülürdü. Nəticədə müəyyən müddətdən sonra bazarda olan məhsulların həcmi o qədər çox olurdu ki onu alanların sayı az olurdu . Ancaq bu konsepsiyanın əsas çatışmazlığı məhsulların keyfiyyətinin aşağı olmasına görə idi. Bir dəfə məhsulu alan ikinci dəfə almırdı. Deyək ki, istehsal prosesindən keçmiş yağ ilə kənddə hazırlanmış yağ arasında ciddi bir fərq olurdu keyfiyyət baxımından. Nəticədə insanlar həmin məhsulları almırdılar. Bundan sonra məhsulların təkmilləşdirilməsinə ehtiyac yarandı və bu da məhsulların təkmilləşdirilməsi konsepsiyanın əsasını qoydu. Əgər hələ də bazarda adi bir insanın hazırladığı məhsul, zavodda istehsal olunmuş məhsullardan keyfiyyətlidirsə bilin ki, həmin bazar hələ bu konsepsiyanı keçməyib. Məhsulların təkmilləşdirilməsi zamanı məhsulun keyfiyyətinə, onun xüsusiyyətlərinin artırılmasına, əlavə funksiyaların tətbiq edilməsi və s. kimi amillər daxil edildi. Nəticədə məhsullar keyfiyyətli oldu. Digər tərəfdən məhsulların keyfiyyətinin artırılması xərclərin artmasına səbəb oldu və bu insanların həmin məhsulu almamasına səbəb oldu. Məsələn: siz yağ almaq istəyirsiniz, sizin aylıq gəliriniz 100 AZN-dirsə siz keyfiyyətli şəkildə istehsal olunmuş 25 manatlıq yağı almayacaqsınız ondansa kəndlinin 5 manata olan yağını alacaqsınız.
Bundan sonrakı mərhələdə isə məhsulların reklamına, onların bazarda satılması üçün çox aqressiv mübarizə başladı. Reklama olan xərclər artırıldı, satışın artırılması üçün endirimlər tez-tez və yüksək faizlərlə edilməyə başlandı. Ancaq bu da müəyyən müddətdən sonra şirkətlərə zərər vurmağa başladı. Belə ki, reklama və endirimlərə çəkilən xərclər artıq o qədər çoxalmışdı ki, firmalar mənfəət əldə etməkdə çətinlik çəkirdilər.
Bundan sonrakı mərhələdə isə məhsulların reklamına, onların bazarda satılması üçün çox aqressiv mübarizə başladı. Reklama olan xərclər artırıldı, satışın artırılması üçün endirimlər tez-tez və yüksək faizlərlə edilməyə başlandı. Ancaq bu da müəyyən müddətdən sonra şirkətlərə zərər vurmağa başladı. Belə ki, reklama və endirimlərə çəkilən xərclər artıq o qədər çoxalmışdı ki, firmalar mənfəət əldə etməkdə çətinlik çəkirdilər.
Bundan sonra istehlakçıların tələbatına yönəlməyə başlayan firmalar insanların nəyə ehtiyacı və tələbatı varsa onu istehsal etməyə başladılar. Nəticədə firmalar öz gəlirlərində stabilliyə nail ola bildilər. İstehlakçıları düşünərək hərəkət etmək doğru addımdır ancaq bu o demək deyil ki, bütün insanlar dünya üçün faydalı şeylər istəyir. Siqaret çəkənlər, spirtli içkilər, həmçinin bir çox heyvan dərisindən hazırlanan məhsullar, firmaların bəzi məhsulları təbiəti məhv edərək gəlir qazanmağa çalışması yeni bir konsepsiyanıda ortaya çıxartdı. Sosial-etik marketinq konsepsiyası artıq firmalara yalnız istehlakçıların deyil cəmiyyətin, ölkənin, dünyanın mənafelərini nəzərə almağa vadar edir. Əks halda insanlar həmin məhsulları boykot edir və onları almırlar. Həmçinin bu firmanın nüfuzdan düşməsinə səbəb olur.
Azərbaycanda bu konsepsiyaların hamısı mövcuddur onlar hər biri eyni zamanla inkişaf edirlər. Bu bazar iqtisadiyyatına sonradan daxil olan, gecikmiş ölkələrin əksəriyyətə xasdır. Ümid edirik ki, Azərbaycanda da sosial-etik marketinqə diqqət yetiriləcək hər yerdə siqaret çəkib bizləri boğan insanlara, kürk geyinib özünü yuxarıdan aparan insanlara, şam ağacından hazırlanan mebellərə olan meyillilik azalacaq və sağlam, sadə materialdan olan gödəkcələr, tullantılardan ibarət mebellər alınacaqdır. Bunun üçün isə maariflənmək və maarifləndirmək lazımdır.
Comments
Post a Comment