Azərbaycanda insanların öz fikirlərini bildirməkdə böyük problemlər yaşanır.
Universitetdə müəllim bir məsələ ilə bağlı sual soruşduqda xüsusilə bu sual sosial məsələləri əhatə edirsə tələbələrdən çox azı fikir bildirirlər. Bunun səbəbləri nədir? fəsadları nədən ibarətdir?

Hesab edirəm ki, bu özünəinamasızlıq ilə bağlıdır. İnsanlar hesab edirlər ki, onların fikirləri birdən yaxşı qarşılanmaz, əks çıxanlar olar, kimsə onun fikirlərinə zarafat qoşa bilər və s.
Xüsusilə Menecment üzrə təhsil alan şəxslər başa düşmürlər ki, onlar bu gün fikir bildirə bilmirlərsə onlar gələcəkdə öz işçilərini necə idarə edə bilərlər. Xüsusilə işçilərə motivasiya vermək, iş prosesində işçilərin səhvlərini izah eləmək, bəzən ümumiyyətlə hesabat xarakterli çıxışlar etmək və s. kimi fikirləri bildirirlər. Menecerin bu çatışmazlığı işçilərdən ona qarşı müəyyən mənfi fikirlərin formalaşmasına səbəb olur. Əgər menecer öz fikirlərini sərbəst ifadə edə bilmirsə işçilərin ona inamı zəif olacaqdır. Bu baxımdan hər kəs kitab oxumağı ilkin olaraq məsləhət görür. Kitab oxumaq sözsüz ki, faydalıdır ancaq tam olaraq çıxış yolu deyil. Bunu daim vərdiş halına gətirmək daha yaxşı nəticələrə səbəb olur. Tək bir otaqda sadəcə bir məsələni öz-özünə izah eləmək belə bu vərdişlərdən biridir.
Menecerin natiqlik qabiliyyəti ona daha çevik hərəkət etməyə, işçiləri motivasiya etməyə, onların bəzi prosesləri izah eləməyə imkan verir.
Danışıq qabiliyyətinizi inkişaf elətdirmək vacibdir sosial mediada cəsarətli çıxışlar etmək çox rahatdır, çünki orada kimsə sizi görmür, hansısa tənqid olsa kimsə sizin yaşadığınız hissləri görməyəcək, orda deyilən fikirlərdə insanlar yazıya fikir verirlər insana deyil. Siz nə qədər ağıllı, cəsarətli, düzgün, ədalətli fikirlər bildirsənizdə insanlar növbəti gün başqa fikirləri oxuyacaqlar ancaq siz bu düşüncələrinizi sosial mediada deyil həyatda söyləsəniz insanların daha çox inamını qazanacaqsınız.

Comments
Post a Comment