NAOMİ OSAKA MÖCÜZƏSİ

US open tennis turnirinin final oyunu. Finalda Naomi Osaka ilə Selena Williams ilə qarşılaşır. Amerikalı tennisci Selena Williams US open-də dəfələrlə çempion olmuş bir tennisçidir və dünya reytinq sıralamasında birinci yerdə gedir. Onun qarşısındakı Yaponiyalı Naomi Osaka isə dünya reytinqində 70-ci yerdə gedir və heç vaxt bu tipli yarışlarda çempion olmayıb. Naomi hər iki setdə Selenanı çox asanlıqla əzib keçir.

Təəccübləndirici hissəsi burasındadır ki, Naomi qalib olandan sonra deyir:
mən bu gün qalib gəldiyim sevinirəm amma həmdə məyus oluram, çünki mən pərəstiş elədiyim tennisçini məğlub elədim və ondan üzr istəyirəm. Mən hər zaman US open tennis turnirində finalda oynamaq və  Selena Williams ilə qarşılaşmağı arzulayırdım. Bu arzum gercəkləşdiyi üçün çox sevinirəm. Bura kimi gəlməkdə mənə köməklik göstərən hər kəsə təşəkkür edirəm.

Qeyd etmək istərdim ki, Naomi Osaka həmin yarışdan sonra dünya reytinqində 70-ci yerdən 1-ci yerə yüksəldi. Bununlada Osaka dünyada ən çox sıçrayış etmiş tennisçi kimi tarixə keçdi. Naomi Osaka ondan sonra Australian open turnirinin qalibi olaraq əvvəlki qalibiyyətinin təsadüfi olmadığını göstərdi. Bu hadisələr elə bu il 2018-2019-cu illərdə baş verir lap çoxdan baş vermir.
İndi bəziləriniz burda nə var ki, o qədər autsayder lideri məğlub edirki deyəcək. O zaman biraz daha izah eləyim.
Osakanın atası Haitilidir və o çempion olandan sonra bütün Haiti bayram edirdi. Bunun qarşılığında Naomi Osaka Haiti ilə onlarla görüşməyə belə getmişdi.
Yenə qane eləmədi?
US openin finalında Tennis ilə maraqlanan və Selenanın dəfələrlə qələbələrinin şahidi olaraq deyə bilərəm ki, ilk dəfə idi ki, onun simasında bu qədər çaşqınlıq görürdüm. O nəyin baş verdiyini başa düşə bilmirdi, niyə məğlubiyyətə doğru getdiyini anlamırdı. 

Selena fiziki cəhətdən dünyada gəlmiş keçmiş ən güclü tennisçilərdən biridir və çox aqressiv mübarizə aparan biri ilk dəfə simasında sanki acizlik var idi. Hətta Naomi Osaka ona təşəkkür edəndə belə ona çox qəribə baxırdı necə oldu bu insan ona qalib gəlmişdi hələ də anlaya bilmirdi.

Naomi Osaka Australian opendə qalib olandan sonra belə deyir: mən qalib  gələcəyimi düşündüyüm zaman çılğın şəkildə sevinəcəyimi fikirləşirəm amma nədənsə çox sakit sevinirəm qalib gələndə.
Əgər hələ də bunların möcüzə olduğunu düşünmürsünüzsə siz möcüzələri görməyi bacarmırsınız çünki hər şeyə çox sadə baxırsınız filankəs qalib gəldi kimi sadəcə.  Əgər möcüzəni sizdə görsəniz arzularınıza çata bilərsiniz

Comments