Menecer Ən Yaxşı Nəyi Bacarmalıdır!?

Müxtəlif insanlar, alimlər, peşəkar menecerlər bir menecerin hansı xüsusiyyətləri olmazsa olmazlarını sadalayırlar.
Bir menecer hələ şirkəti, insanları sisetmi idarəetməyə başlamazdan əvvəl özünü idarəetməyi bacarmalıdır. Özünü idarəetməyi bacarmayan şəxs başqalarını idarəetmə ehtimalı zəifdir. 

Əgər menecer iş yerində xarici görkəm baxımından gözəl və ya yaraşıqlı görsənmirsə başqalarından bunu tələb etməsi və ya gözləməsi çətin ki, alınar. Əgər  menecer iş yerində kimin xasiyyəti xoşuna gəlibsə ona əsasən qiymət verməsi onun öz fikirlərini idarəetməsi barədə olan düşüncələr şübhə altına düşür. Bu məsələ çox həssas bir məsələdir. Belə ki, bəzən menecerlər özləri də fərqinə varmadan bir işcini digərindən üstün tutaraq digər işçilərdən paxıllıq hissini stimullaşdırır və komanda abu-havasını pozur. Bu məsələ Azərbaycanda xüsusilə özünü qabarıq göstərir. Menecerlər bu zaman özlərinə nə qədər haqq qazandırmağa çalışsalarda bu nəticəyə təsir edir.
Əgər menecer işə gecikir, öz vaxtını bölə bilmirsə, işlərini vaxtında çatdıra bilmirsə başqalarından bunu tələb edən zaman ancaq qanun-qayda şəklində tələb edə biləcək və bildiyimiz kimi bu heç də effektiv deyildir. Qanunlara qaldıqda isə iş yerində müəyyən nizam-intizam  qaydaları olmalıdır ancaq bu işçiləri idarəetmək üçün deyil daxili etik prinsiplərin qorunması və işdə sərhədlərin(çərçivələrin) müəyyənləşdirilməsi üçün vacibdir. Əks halda işçiləri qanunla idarəetmək işçiləri ona əməl etməyə sövq edəcək lakin işçilər qanunda olan boşluqlardan maximum istifadə edəcək, üstəlik nəzarət olmayan vaxtı qanuna tam əks hərəkət edəcəklər.
Menecer obyektiv düşünmə bacarığına malik eyni zamanda başqalarının fikirlərini dinləməyə, onları başa düşməyə borcludur. Menecer qərar qəbulu zamanı da işçilərin fikirlərini öyrənməli, onların hamısını görülmüş işlərdə istifadə etmək vacibdir. Əgər menecer işçilərini başa düşmür, onlara ancaq əmr etməklə məşğuldursa və ya mən nə dedimsə onuda etməlisiz kimi fikirlər bildirirsə o menecer özünü ən çətin vəziyyətə salır. Çünki menecer hər hansı bir plan, strategiya, iş, məhsuldarlıq və s. kimi məsələlərdə  onun fikirləri və tapşırıqları formal olaraq yerinə yetiriləcək. Yəni onun sözünə ancaq üzünü çevirənə kimi qulaq asacaqlar çünki insanlar onların fikirlərini nəzərə almayan birinə o üzünü çevirən kimi ona bu sənin fikrindir deyib öz işlərini görərlər. Nəticədə görülmüş işlərdə nəticə istənilən səviyyədə olmaz. Belə məqamlarda da menecer yenidən işçiləri günahlandırar sonra yenidən nəticə alınmaz və yenidən işçiləri günahlandırar və nəticə yenədə alınmaz. Çünki səhvin özündə olduğunu başa düşməz.
Bəzən bir menecer zəif nəticələr göstərən bir işçinin elə zəif olduğunu deyərək onu potensialının elə bu qədər olduğunu qəbul edər. Ancaq o potensialın inkişafı məhz menecerdən asılıdır. Əlbəttə ki, işçi psixoloji cəhətdən xəstə deyilsə.
Menecerlərin ən böyük səhvlərindən biri öz duyğularını idarəetməyi bacarmamalarıdır. Əsəbləşib hirsini işçidən çıxan kim, birinin etdiyi səhvi ona dünyanın axırıdır kimi münasibət edən kim və s.
Statistikaya görə menecerlərin əksəriyyəti qərarlarının çox hissəsini rasional (məntiq) deyil qeyri-rasional (hiss) olaraq qəbul edirlər. Bu da əksəriyyət vaxt qəbul olunmuş qərarların yalnış olmasına gətirib çıxarır. Hissi qərarlar hər zaman deyil az hallarda qəbul oluna bilər. Bunuda o şəxslərin etməsi məsləhət görülür ki, onlar təcrübəli menecerlər olsun. Çünki təcrübəli menecer bəzən qazandığı təcrübədən nəticənin nə cür olacağını hiss edə bilir. Buna ən yaxşı misal əgər uşaq vaxt tez-tez qaçaraq yerə yıxılırdıqsa, zaman keçdikcə daha az yıxılır və hətta büdrədiyimiz zaman artıq alacağımız zərəri minimumlaşdırmaq üçün hissi olaraq nə cür yıxılsaq daha az zədələnə biləcəyimizi biliridik. Menecerlərdə də həmin xüsusiyyətlər təcrübə ilə formalaşa bilir.
Əgər işcisinizsə menecerə qarşı əks fikirləriniz varsa bunu çalışın ki, bildirəsiniz. Ancaq qarşınızdakı insanın xüsusiyyətlərini nəzərə almaq vacibdir. Bəzi insanlar təkbətək, bəziləri açıq, bəziləri üstüörtülü, bəziləri davranışınızda görmədən və ya sübut olunmadan sizi başa düşmək istəməyə bilərlər. Bu məsələyə ehtiyatlı olmağınız məsləhət görülür ancaq cəsarətinizidə itirməyin.

Comments