Mavi və Yaşıl Rəngin Marketinqdə rolu

Mavi rəngdən şirkətlər əsasən öz brendlərinin daha güvənli, etibarlı, dəqiq olduğunu vurğulamaq üçün istifadə edirlər. Xüsusilə Banklar daha çox öz marka və logolarında bunu vurğulamağa çalışırlar. Ancaq uşaq məhsulları, investisiya şirkətləri, ciddi iş geyimi məhsulları satan firmalar, texnoloji məhsullar, avtomobil bredləri və s. kimi firmalara mavi rəngdən istifadə edirlər. 
Yaşıl rəng. Hər birimiz şəhərdə qarşımıza çıxan apteklərin yaşıl rəngdə olduğunu görərik amma çox az insan o rəngin fərqində olar. Yaşıl rəng insanların sağlamlıq rəngidir. Yaşıl rəng təbiətin rəngi kimi qəbul edilir və rahatlaşdırıcı bir effektə malikdir.
 Hər halda Starbucks-ın öz logosunu yaşıl rəngli etməsi təsadüf deyildir.
 Starbucks bununla məkanlarının  nə qədər rahat olduğunu vurğulamağa çalışırlar.

Comments