Marketinqdə Rənglər


Marketinqin ən diqqət ediləsi məqamlarından biri rənglər ilə bağlıdır. Rənglərnən bağlı bəzi yalnış ilkin düşüncələri müşahidə etdiyim üçün bu barədə  bəzi məqamların izah olunmalı olduğunu düşünürəm.
Qırmızı rəng. Bildiyimiz kimi qırmızı rəngi daha çox qida şirkətləri istifadə edirlər, belə ki,  bu rəngin insanları acdırdığı, onları daha çox istehlak etməyə sövq etdirdiyi üçün seçirlər.

 Bu zaman bəzi insanlar o zaman Ferrari niyə qırmızıdır?  deyə suallar verirlər. Əslində rənglərə birmənalı fikir yürütmək doğru deyildir çünki insanların rəngləri qavrama xüsusiyyətləri fərqlidir. O ki, qaldı Ferrarinin qırmızı olmasına qırmızı rəng həm də fərqlilik  və aqressivlik yaradan bir rəngdir. Bu rəng həm də insanların diqqətini çəkmək üçün də istifadə olunur.
Qara rəng. Əksəriyyət insan qara rəngi yasda geyinənlər və ya ümumiyyətlə o rəngi mənfi olaraq qəbul edirlər. Ancaq marketinqdə məsələ biraz fərqlidir. Amerikada iş müsahibəsində işçiyə hansı rəngli avtomobil sevirsən deyə sual verirlər. Bunun səbəbi ondan ibarətdir ki, qara rəngli avtomobili sevən insanların işinə daha ciddi yanaşdıqları, inkişaf etməyə meylli və daha məqsədyönlü olduqları psixoloqlar tərəfindən müəyyən olunmuşdur. Qara rəng prestijli (Zara) rəng hesab olunur. Təsadüfi deyil ki ən prestijli maşınlar qara rəngli olur. Ən azından rəsmi görüşlərdə qara rəngli maşınlar təsadüf deyildir və belə yerlərə ağ, qırmızı maşınları demək olar ki, görmürük.
Ağ rəng. Bu rəng daha çox təmizlik vasitələri, uşaq məhsulları və mağazaları və bir çox brendin arxa fonu kimi çıxış edir. Bunun əsas səbəbi ağ rəngin təmizlik , saflıq təəsuratlarını yaratmasıdır. Çox zaman uşaq məhsulları və yuyucu vasitələrin əksəriyyətinin arxa fonunun ağ rəng olması təsadüfi deyildir. Ancaq ağ rəng dünyada hər yerdə eyni cür qəbul olunmur. Məsələn: Yaponiyada ağ rəngdə geyinmək kiminsə öldüyü və ya yas mərasimində olduğunu vurğulamaq kimi qəbul olunur.
Mavi və Yaşıl Rəngin Marketinqdə rolu linkdə:
http://link.tl/25Hg3

Comments