Marketinqdə Mövqeləndirmə və Fərqləndirmə

Marketinqdə mövqeləndirmə məhsulun hər hansı bir xüsusiyyətinin istehlakçının beynində xüsusi yerin yaradılmasıdır.

Bəzən mövqeləndirmə ilə fərqləndirməni qarışdırırlar. Əslində isə bu məhsulun fərqləndirməsini həyata keçirən zaman mövqeləndirmə bu prosesin içərisində olur. Məhsulun fərqləndirilməsi üçün əvvəlcə onu mövqeləndirmək lazımdır. Digər tərəfdən mövqeləndirmə zamanı məhsulun fayda verə biləcəyi xüsusiyyəti aşkarlanmalı və ya müştərilərin ən çox məhsulun hansı faydalı xüsusiyyətini bəyəndiklərini müəyyənləşdirilməsi  vacibdir. Məsələn: Snickers firması öz sloganında mövqeləndirməni edərək öz məhsulunu digər şokolad məhsullarından fərqləndirə bilmişdir. Ac olanda sən o sən deyilsən deməklə bu məhsulun ac və enerjisiz olduğumuz zamanlarda qəbul etməyi məsləhət görürlər. Həmçinin Snirckers məhsulunun tərkibində olan inqredientlər həqiqətən də insana lazım olan enerjini verə biləcək inqredientlərdir. Məhsulun aclığı doydurduğu və enerji verməsi bununlada Snirckers şokoladının digər məhsullardan fərqləndirməsinə gətirib çıxarır. Mövqeləndirmə isə həmin məhsulun ac olanda sən o sən deyilsən deməyilə onu insanların beynində ac olan zaman yeyilməsi kimi qalır. Əvvəlcə mövqelənmə baş verir sonra siz şokolad alan zaman digər alternativ məhsullardan niyə məhz Snirckersi seçməli olduğunuzu müəyyənləşdirdiyiniz zaman baş verir.
Kitkat fasilə varsa Kitkat var deməyi Kitkatın rahat bir şəraitdə yeyilməsini mövqeləndirir, head and shoulders kəpəyə qarşı deməklə, Perwoll təzə deyil Perwolla yuyulub deməsi  mövqeləndirməni həyata keçirir.
Qeyd etmək istərdim ki, həm mövqeləndirmə və fərqləndirmə brendinq(brendləşmə) prosesinin əsas mərhələlərindən biridir və bu imkan verir ki, firma öz məhsul və ya xidmətlərini rəqiblərin fəaliyyətindən qoruya bilir.

Comments