Müasir iqtisadi tendensiyalarda o qədər kəskinləşmə var ki, ölkələr iqtisadi maraqlarına görə hər şeydən imtina etməyə başlayırlar. Amerika iqlim ittifaqından çıxaraq ölkə iqtisadiyyatın qorumağı seçdi. Bəziləri bunu pisləsədə burada Amerikanı və ya Donald Trumpı yalnış qərar verdilər demək də tam doğru deyil.
Belə ki, bununla Amerika öz ölkəsində olan şirkətlərin böyük həcmdə vergilərdən xilas etdi. Amerikada Dünya bankının açıqlamasına görə hər 7 nəfərdən biri yoxsuldur (Barak Obamanın hakimiyyət illərinin sonu). Bunun sayəsində Amerika öz daxili iqtisadiyyatını inkişaf etdirərək işsizliyin səviyyəsini kəskin şəkildə azalda bildi. Digər tərəfdən dünya davamlı iqtisadi inkişafa malik olmaq üçün təbiəti qorumalıdır. Çünki təbiəti dağıdaraq iqtisadi fəaliyyət yürütmək gələcəkdə nəinki, iqtisadi ümumiyyətlə yaşayış imkanlarının olmamasına səbəb ola bilər. Davamlı inkişaf konsepsiyası bunun üçün qəbul olunmuşdur. Burada iqtisadi inkişaf zamanı həm indi həm də gələcəkdə də inkişafın təmin edilməsi üçün ətraf mühitin qorunması vacibdir.
Şirkətlərdən adətən ətraf mühitlə bağlı iki əsas şərt irəli sürülür və təbii ki, bu ölkənin qanunvericilik bazasından da asılıdır. Birincisi odur ki, şirkətlər ətraf mühitə vurduqları zərər üçün bir o qədər əlavə vergilər ödəyirlər. Dövlət ödənilmiş bu vergiləri ölkədə parkların, yaşıllıqların salınması, dəniz suyunun təmizlənməsi və s. kimi tədbirlər görərək vurulmuş zərəri kompensasiya edir. İkincisi isə şirkətlərə fəaliyyətləri zamanı xüsusi qurğulardan istifadə edərək təbiətə vurulmuş zərərin qarşısının alınmasıdır.
Şirkətlər fəaliyyət göstərdikləri ölkənin tələblərindən asılı olaraq müvafiq addımlar atırlar. Bəzi ölkələrdə seçim şirkətlərin özlərinə verilir. Bu zaman şirkətlər iqtisadi baxımdan hansı daha əlverişlidirsə onu seçəcəklər. Yəni vergi vermək təmizləyici qurğuları quraşdırmaqdan daha ucuz başa gəlirsə vergi ödəyir. Yox əksinə təmizləyici qurğuları quraşdırmaq vergiləri ödəməkdən daha ucuz başa gəlirsə o zaman qurğuları quraşdırmaq daha sərfəlidir.
Ancaq nüfuzlu şirkətlərin ətraf mühiti qoruyaraq fəaliyyət göstərmələri daha məqsədəuyğundur. Çünki bir çox sosial aksiyalar onların nüfuzlarına çox ciddi zərbə vura bilər. Digər tərəfdən əlavə xərc kimi baxdıqları bu məsələ onları çox böyük gəlirlərdən məhrum edə və ya böyük miqdarda zərər dəyə bilər. Məsələn: BP şirkətinə məxsus olan borunun Karip dənizində deşilməsi nəticəsində təbiətə böyük ziyan dəymişdi. Üstəlik BP şirkətinin bu məsələyə çox gec reaksiya verməsi və borunu təmir eləməsi onun beynəlxalq nüfuzuna böyük zərər vurmuş və üstəlik bütün bu məsələlərə görə 60 milyard dollar xərc çəkməli olmuşdu.

Comments
Post a Comment