İQTİSADİ TSİKL

Xaos nəzəriyyəsində vurğuladığım kimi iqtisadiyyat stabil deyil qeyri-sabitliyə meyillidir. İqtisadiyyata aid qeyri-rəsmi olaraq deyirlər ki, yüksək inkişaf sürətli enişə səbəb olur. Başqa bir sözlə də iqtisadi göstəricilərdən hər hansı birinin çox  qabarıq olması böhrana gətirib çıxaran amillər sırasındadır. İqtisadi tsikl əsasən 4 dövrdən ibarət olur:
1. Sabit inkişaf (başlanğıc )
2. İnkişaf (yüksək templə)
3. Yetkinlik (stabilləşmə)
4. Böhran.

Image result for economic cycle icon
Sabit inkişaf bazarın sıfır səviyyəsindən yuxarı inkişafın olduğunu göstərən bir qrafikdir. Başlanğıc inkişafın dövrü müxtəlif ölkələrdə müxtəlif zaman kəsimində özünü biruzə verir. Bu dövrün uzun olması inkişafın qarşısını ala bilər qısa olması isə iqtisadi inkişafda boşluqların olmasına səbəb ola bilər.
     İnsanlar bəzən böhran olmasına görə günahkarlar axtarırlar ancaq bu iqtisadiyyatın təbii bir halıdır. Onu da qeyd etmək lazımdır ki, iqtisadi böhranların əksəriyyətindən sonra çox zamanlar yeni iqtisadi fikirlər və baxışlar formalaşır ki, bu daha təkmil inkişafa səbəb olur. Məsələn: ABŞ-da 1929-cu il böhranı iqtisadiyyata yeni fikir gətirdi. Belə ki, həmin dövrə qədər Adam Smitin "Görünməz Əl" nəzəriyyəsi yəni bazarın öz-özünə tənzimlənməsi fikri dəyişdi. Əvəzində Keynisin bazara dövlət müdaxiləsi və iqtisadiyyatın dövlət tənzimlənməsi modeli əsas götürülməyə başlandı.
Sözsüz ki, iqtisadi inkişafın yüksək olduğu zaman heç kim böhran barədə düşünmək istəmir, amma faktiki olaraq bu hadisə hər 7-8 ildən bir təkrarlanır. 
   İndi yəqin ki, iqtisadiyyatın inkişaf, stabilləşmə, böhran dövrlərini başa düşdünüz və bundan sonra böhran vəziyyətlərində kimisə günahlandırmaq əvəzinə həmin situasiyaya daha yaxşı adaptasiya olmağın daha əlverişli olduğunu başa düşdüz. 
Böhran onu əvvəlcədən nəzərə alanlara toxunmur, ona ən yaxşı uyğunlaşanlara daha az ziyan vurur. Ancaq onu təbii hal kimi qəbul edənləri isə mükafatlandırır! 

Comments