İnsanlarda belə bir düşüncə var ki, İPhone Samsungdan üstündür. Xüsusilə iphone işlədən insanlar bunu hər cəhdlə sübut etməyə çalışırlar.
Ancaq məsələ bildiyimiz kimi deyil. Əslində bu cür qarşıdurma və fikirlər hər iki şirkətə böyük gəlirlər gətirir. iPhone-nu olanlar onun verdiyi prestij hiss ilə başqa amilləri gözdən qaçırmağa meyllidirlər. Bu telefonun yaxşı kamera özəllikləri, logo və dizayn baxımından xüsusiliyi vardır bəli ancaq bu bazarda brend imici sayəsində formalaşmışdır. Hətta Amerikada bir gənc Apple şirkətini məhkəməyə vermişdir səbəb isə bu idi ki, yeni iPhone telefonu çıxdıqdan sonra ondan əvvəl çıxan iPhone telefonlarının proqram təminatı və işləmə sürəti zəifləyir. Əslində bu ilk baxışdan normal qarşılayanlar da var ancaq etik baxımdan doğru deyildir. O ki, qaldı Samsunga onun daha düzgün strategiya ilə getdiyini söyləmək olar. Samsung ümumi telefon bazarına nüfuz etməsi onun mövqeyini gündən-günə gücləndirir. Yəni Samsung həm iPhone ilə baş-başa gələ biləcək məhsullar da eləcə də daha ucuz məhsullar da istehsal edib bazarın ödənməyən tələbatını ödəyə bilir. Yəni bir sözlə iPhone daha rentabelli (mənfəətli) işləyir Samsun isə daha böyük həcmdə dövriyyə və kapital hesabına gəlirlərini formalaşdırır. Apple şirkətinin bir məhsuldan daha böyük həcmdə mənfəət əldə etdiyi təqdirdə Samsung bir məhsul üzrə az mənfəət amma istehsal səviyyəsini artıraraq daha böyük həcmdə gəlirlər əldə edir.
Bir məsələni də qeyd etmək istərdim ki, hər iki markaya ən böyük təhlükəni Xiamoi , Huawei kimi şirkətlər yaradır. Belə ki, bu telefonlar həm ucuzdurlar, həm də dizayn baxımından bu məhsulların dizaynlarını təkrarlayırlar. Nəticədə insanlar əksəriyyəti bu məhsulları alırlar.
Bu səbəbdən Amerika Çinə qarşı müəyyən addımlar atmışdır. Son dövrlərdə Huawei şirkəti 5G texnologiyasını artıq qlobal səviyyədə bazara yeritmək istəyir, bunun əksinə çıxan güclər sözsüz ki, Çinin 5G-də hegemonluq etmələrini istəmirlər. Elə buna görə də Australia Huawei-in 5G texnologiyasını ölkəsində istəmədi və burdakı maraqlarda normaldır, baxmayaraq ki, Australia Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur.
Əgər hələ də hansısa texnologiyaları müqayisə edən varsa bilin ki, bu yalnışdır hər birisinin özünəməxsusluqları onların bazarda mövcud olmasını mümkün qılır.

Comments
Post a Comment