BEYNİ ZƏİF OLANLAR OXUMASIN!!!

Mən sizə beyni zəif olanlar oxumasın dedikcə siz əksinə onu oxumağa daha çox meylli olacaqsınız. Çünki əksəriyyəttimiz özümüzü ağıllı hesab edir və bunu zaman-zaman sübut etmək istəyirik. Ancaq diqqət edin insanlar onlara əks olan şeylərə daha kəskin reaksiya verirlər. Bu dəfə əks effekt verən bir Marketinqdən danışacağıq.
Əks effekt marketinqinə son zamanlarda üçün  ən yaxşı misal Amerikada olan sonuncu prezident seçkiləri oldu.

  Əvvəlcə qeyd etmək istərdim ki, Amerikada olan prezident seçkiləri dünyada qlobal şirkətlər arasında olan marketinq rəqabətindən daha kəskin olur. Amerikadakı seçkilərdə Donald Trump-ın fikirləri hər kəs bir əks effekt yaradırdı. Xüsusilə Amerikada ona əks olan siyasətçilər  sayı gündən-günə artırdı. Demokratlar partiyası Donald Trump-ı Amerikaya layiq bir prezident görmürdülər. Digər tərəfdən Respublikaçıların daxilində belə  Donald Trump-ı bəyənmirdilər. Nəticədə ona qarşı nə qədər əks fikirlər söylənilirdisə Trump bir o qədər məşhurlaşırdı.
Həmçinin Trump-ın bəzi fikirləri və siyasi baxışları digər Amerikan prezidentlərindən ciddi fərqlənirdi. Nəticədə ona olan diqqət birazda artırdı. Amerikada seçkilərdə 2 partiya iştirak edir. Hər ikisinin tərəfdarları çox zaman cüzi fərqlənir. Seçkilərdə əsas həlledici səslər neytral olan insanlardan gəlir. Onlar siyasətə o qədər maraq göstərməyən insanlardır. Onlar isə səs verən zaman kim daha çox tanınmış və müzakirə mövzusu olubsa ona səs verirlər. Nəticədə Donald Trump həmin neytral insanların sayəsində seçkilərdə qalib gəldi. Yəni ona qarşı nə qədər əks olan olurdusa onun seçilmək şansı artırdı. Hətta prezident seçkiləri bitdikdən sonra Trump-a qarşı kütləvi nümayişlər oldu. 
Buradan çıxan nəticə ondan ibarətdir ki, bir şeyə qarşı hədsiz etiraz onun reallaşmasına səbəb olur. Siqaret çəkmək nə qədər zərərlidir desək əslində onu çəkənlərin sayını artırır, cəmiyyətdə heç bəyənilməyən bir şey nə qədər müzakirə olunursa həmin şeyi edənlər daha da çoxalır. Bunun səbəbi belə izah olunur: əgər bir hadisə trend olursa mütləq o trendə qarşı çıxanlar olacaq, daha sonra özlərini daha ağıllı hesab edən insanlar trendin tərəfdarları və ona qarşı çıxanların səhvlərini deyib daha balanslı bir mövqe tuturlar və ya hər ikisinin də səhv olduğunu deyirlər.
Nəticədə trend yayılma arealı daha da böyüyür. Əks effekt verən marketinq hər kəsin zəhləsi getdiyi reklamlar (paradontax dişin düşməsi və qanaması) olur, müxtəlif marketinq alətlərindən istifadə edərək insanlarda qıcıq yaradırlar, məhsullar haqqda olan şayiələr- Coca-Cola haqqında yayılan məlumatlar və s. Hətta Coca-Cola kökəldir demək əslində onun satışının artmasına səbəb olur.
O ki, qaldı beyni zəif olanların oxumasına aid başlığa, unutmayın ağıllı insanlar beyinlərinin nə qədər güclü olduğunu göstərmirlər, amma insanlara bunu çox incə şəkildə hiss elətdirirlər.

Comments