XAOS NƏZƏRİYYƏSİ

Xaos nəzəriyyəsi və Paretonun 80/20 qaydası ilə paralellik vardır.  Dünyada niyə kasıbların daha da çoxaldığı, varlıların daha da varlandığı, ədalətsizliklərin çoxaldığını, qarşısımıza çıxan insanların təsadüfən çıxdığını və s. kimi sözləri insanlardan eşidirik. Əslində bütün bunlar dünyanın təbii şəkildə olan işləmə mexanizmləridir. 
Xaos nəzəriyyəsini sizə bir misal ilə izah edəcəyəm. Bir araşdırma aparılır: vakumda zərrəciklərin (atomların) nizamsız (xaotik) şəkildə hərəkət etdiklərini mikroskop altında müşahidə edirlər. Ancaq bir müddətdən sonra əslində bu zərrəciklərin xaotik hərəkətlərinin müəyyən bir qanunauyğunluqla hərəkət etdikləri müşahidə olunur. Yəni xaotik hərəkət edən zərrəciklərin əslində xaotik hərəkəti, müəyyən qanunauyğunluqların və təkrarlanmaların olduğunu göstərir. Bu nə mənaya gəlir deyə soruşacaqsınız. Yəni xaotik hərəkət nə qədər qarışıq olsada əslində çox mükəmməl bir nizamla hərəkət edir.

Dünya stabilliyə meyilli deyildir. Dünyada ən çox stabilliyə can atan insandır. İnsanın stabilliyə can atması dünyanın işləmə mexanizminə qarşı çıxması deməkdir. Bu stabilliyə can atan insan övladının hərəkətləri dünyayada təsirsiz ötüşmür. Orta hesabla hər 7-8 ildən bir iqtisadi böhran yaşanır, dünya iqtisadiyyatında isə bu 8-15 il arasında dəyişir. Tarixə baxsaq bunu müşahidə etmək mümkündür. Həyatın işləmə mexanizmi tarazlıq deyil natarazlıqdır. Bir ölkədə və ya dünyada insanların hamısının eyni gəlirə malik olmaması, ekvatordan eyni uzaqlıqda olub birinə çox yağış yağıb digərinin səhra üzərində olması, bir yerin çox soyuq digər yerin çox isti olması, birinin gözəl digərinin çirkin olması, birinin hündür digərinin balaca olması, birinin məntiqli digərinin məntiqsiz olması, birinin xoşbəxt digərinin bədbəxt olması və s. kimlərsə bunu ədalətsizlik sayır ancaq bu həyatın işləmə mexanizmidir Sadəcə təsəvvür edin ki, dünyadakı bütün insanlar xarici görkəm baxımından eyni gozəllikdədirlər. Bunu həqiqətən təsəvvür edə bilirsinizsə o zaman həyatın işləmə mexanizminin dayandığını başa düşəcəksiniz. 
İnsanlar hamının ədalətli olmasını, eyni gözəllikdə, eyni gəlirə və yaşayışa malik olmalarını təkidlə istəyirlər ancaq dünyaya qarşı çıxmaq yerin öz oxu istiqamətdə fırlanmasını əks istiqamətə çevirmək deməkdir. O zaman hansı təbii fəlakətlərin yaşanacağını düşünə bilirsinizmi? Dünya qeyri-stabildir ancaq stabil deyildir.
Siz küçəyə çıxıb yanınızdan və qarşınızdan keçən insanların təsadüfən keçən insanlar olduğunu zənn edirsiniz, ancaq zərrəciklərin də xaotik olduğunu düşünürdülər sonra onların xaotikliyinin bir qanunauyğunluğunun bilindiyi kimi sizin qarşınıza çıxmış və ya çıxacaq insanlar heç biri təsadüfən çıxmır!!!
Çıxış yolu siz də nəyinsə çatışmamazlığı deyil nəyin olduğudur. Sizin boyunuz balaca ola bilər bu çatışmazlığınızdır bəs üstünlüyünüz nədir?  Onu tapın və hərəkətə keçin. Məsələn: çirkin bir insan  bir kinoda baş qəhrəman olma ehtimalını zəif görə bilər  ancaq o düşmən obrazını yaxşı canlandıra biləcəyini də nəzərə almalıdır.
Xaotik dünyada üstün cəhətiniz nədirsə ona fokuslanın ki, yaranmış qeyri-tarazlığı bərpa edə bilərsiniz. Dünyada  siyasi, iqtisadi, sosial xaos yaradaraq bu xaoslardan böyük gəlirlər də əldə edən insanlarda çox təəsüf ki, vardır.
Unutmayın xaotiklik əslində dünyanın stabil qalmasını və mövcudluğunu qoruyur.

Comments