Whatsapp-da mənə bax yazanlar

Yəqinki sizində elə dostlariniz var ki whatsapp-da sizə mənə bax yazanlar var yoxdur deməyin diqqətlə baxsaz görərsiz. 

Bəzən olur ki, iki insan bir-birilə söhbət edən zaman biri digərinə sənlə danışıram mənə bax deyirlər qarşısındakı insan isə səni dinləyirəm deyir. Bu tip insanlarda belə bir hiss var ki, onlara baxmırsınızsa onu dinləmirsiz və ya başa düşmürsünüz.  İnsanlar bu tip davranışlarına misal olaraq sizə baxmadan dinləməyi sevirlər, sevdiyi insanları qucaqlamağı çox xoşlayırlar,  özünün və ya başqalarının xarici görkəminə həddindən artıq diqqət göstərirlər, xarici görkəmini deyil daxili aləmini inkişaf etdirməyə meyilli olanlar və s. 
Bu hadisələrə əsasən insanları 3 qrupa bölürlər: gördüyünə əsasən yaşayanlar, eşitdiklərinə əsasən yaşayanlar, toxunub hiss etdiklərinə əsasən yaşayanlar.
Bu 3 xüsusiyyət insanların hamısında vardır. Ancaq biri digərlərinə nisbətən daha çox özünü biruzə verir. Digər tərəfdən insanlar səhərlər görməyə, günortalar dinləməyə, axşamlar isə toxunmağa meyilli olurlar.
Müasir dövrdə gördüyünə inananların sayı çoxluq təşkil edir. Hətta psixologiyada buna GNHO- gördüyün nədirsə hamısı odur adlanır. İnsanlar gördüklərinə o qədər inanmağa meyilli olması get-gedə özünü daha qabarıq göstərməyə başlayır. Gündəlik həyatda insanların hansı paltarı geyinməsi, nə cür simaya malik olması , getdiyi restoranın dizaynı xoşuna gəlirsə (prestij yaradırsa xüsusilə) qalan digər məsələlərə verilən önəm azalır, məhsul alarkən özü bilmədən görkəmi xoşuna gəldiyi üçün aldığını özünün də xəbəri yoxdur, avtomobilin xüsusiyyətləri deyil dizaynı birinci önəm kəsb edir, iPhone telefonunun brend imicinin qazanılmasında dizaynı əsas səbəb olmuşdur (Samsungun geri salan əsas səbəb) , görkəmi yaxşı olmayan meyvəni almayacaqsız baxmayaraq ki, onun daha faydalı olduğunu bilirsiniz, artıq yeməklərin dadı deyil görünüşü daha önəmli olubdur,  xarici görkəminə görə əməliyyatların sayının artması və s.
Hər halda marketinqdən istifadə edənlər bunu çox yaxşı anlayırlar. Əslində psixologiya baxımından bu heçdə müsbət qarşılanmır. Belə ki, bir-birlərini yalnız xarici görkəminə görə sevənlərin gələcəkdə boşanma ehtimalı daha yüksək hesab olunur,  hər hansı məhsulun dizaynının yaxşı olması keyfiyyətli olduğu demək deyildir, restoranın gözəl olması yaxşı xidmət verir demək deyildir,  yeməyində gözəl olması dadlı olmasına heç bir əsas vermir. Ancaq bu şirkətlərə qısamüddətli dövrdə çox yaxşı gəlirlər əldə etməyə imkan verir. Araşdırmalar göstərir ki, gözəl bir restoranda oturanlar daha çox ödəniş etməyə razı olurlar. Uzunmüddətli dövrdə isə məhsulların və ya xidmətlərin keyfiyyəti ön plana çıxır. Hətta insanlar belə xarici görkəmini bəyəndikləri insanları bir müddətdən sonra soyuya bilirlər.
Unutmayın görünüş əsas təsiredici amillərdəndir amma həlledici amil deyil yalnız onlardan biridir.

Comments