Turizm Marketinqi

 Azərbaycanda son zamanlarda turist axınında ciddi artımlar qeydə alınmışdır və travel şirkətlərinində sayı kütləvi şəkildə çoxalmışdır. Bu təqdirəlayiq haldır. Azərbaycanda turizm bazarının formalaşdığının göstəricisidir. Bəzən belə ifadələrə rast gəlirikki, qonşu Gürcüstan bizdən çox turist qəbul edir biz  niyə onlardan geridəyik etiraz edənlər  vardır. Ümumiyyətlə müxtəlif ölkələri eyni kimi müqayisə etmək düzgün deyil . Bəli ola bilər ki, bu gün Gürcüstan çoxlu turist qəbul edir, qiymətləri ucuzdur. Azərbaycanda turizmin inkişafında əsas yük dövlət və özəl sahibkarların üzərinə düşür ancaq bu tam olaraq belə deyil.
Image result for turist
Turistlərə olan yanaşmalar hər kəsi əhatə edir. Bizdə buna olan 2 əsas maneə olduğunu qeyd edə bilərik: şirkətlər və insanlar.
Turizm şirkətlərimizin ən böyük problemlərinə koordinasiyalı şəkildə işləməmək, müştərilərin loyallaşdırılması üçün tədbirlərin görülməməsi daxildir. Yəni turizm şirkətləri bir-birilə əlaqəli şəkildə işləməli və qarşılıqlı şəkildə əməşdalıq etmələri xərclərin azalmağına , turistlərin rahatlağına, qiymtələrin ucuzlaşmasına səbəb ola bilər. Doğrusu demək çətindir Azərbyacandakı şirkətlər niyə qarşılıqlı əməşdalığa asılılıq kimi baxırlar. İkinci məsələ turistlərin yenidən ölkəmizə gəlməsi üçün lazımi addımların atılması vacibdir. Buraya növbəti gəliş üçün endirim, onların problemlərinin öyrənilməsi, turistlərə əlavə xidmət göstərilməsi və s. aid etmək olar.
İnsanlarmıza gəldikdə isə turistləri aldatmaq, onlardan maximum gəlir əldə etməyə çalışmaq , hər hansı bir şəkildə davranışlarda etik olmayan hərəkətlərə yol vermək düzgün deyildir. Hər kəs başqalarını tənqid edir biri digərini , digəri o birini və s. belədə davam edir. Gözrdüyünüz hər bir problemin mənbəyi özümüzük, onun davam etməsinin də səbəbi özümüzük başqaları deyildir.

Comments

  1. Bu sadaladığlarınız elə əsas amildi.Bunlar bizdə yoxdusa nə inkişaf?

    ReplyDelete

Post a Comment