Tənbəl yoxsa Çalışqan? 80/20 qaydası

Tənbəl insanlar çox çalışmağın mənasız olduğunu düşünürlər. Çalışqan insanlar isə az çalışmağın doğru olmadığını düşünürlər. Ancaq ümumi olaraq deyə bilərəm ki, bunların hər ikisi istənilən nəticəni vermir. Çıxış yolu var əlbəttə ki.

İlk dəfə Pareto tərəfindən kəşf olunan 80/20 qaydasdır.  80/20 qaydasını qısaca olaraq belə izah etmək olar: əldə etdiyiniz nəticənin 80%-i, etdiyiniz cəhdlərin 20%-nin bəhrəsidir. Bu qanun hər yerdə və istənilən situasiyada keçərlidir.  Bu 70/30, 75/35, 95/5 və s. kimi nisbətlərdədə keçərlidir sadəcə rəqəm yuvarlaşdırılaraq 80/20 kimi adlandırılmışdır.
Bu qanuna aid misallar gətirək: şirkətin gəlirlərinin 80 faizini 20 faiz müştəri verir, baş vermiş nəqliyyat hadisələrinin 80 faizini 20 faiz sürücü tərəfindən edilir, imtahana düşən sualların 80 faizi mühazirənin 20 faizini əhatə edir, dünyadakı pulun 80 faizi 20 faiz insana məxsusdur, oxuduğunuz kitabların 20 faizi sizin düşüncələrinizə 80 faiz təsir edir, işçilərin 20 faizi şirkətin gəlirlərinin qazanılmasında 80 faiz rola malikdir,  satışda olan məhsulların 20 faizi gəlirlərin 80 faizini əhatə edir,  universiteti bitirmiş tələbələrin 20 faizi qazanılmış uğurların 80 faizini həyata keçirirlər (bir ölkə daxilində və ya dünyada ).
Buradan belə nəticəyə gələ bilərsiniz ki, əgər 20 faiz hərəkət etsəm 80 faiz nəticə əldə edə bilərəm?  Bəli. Ancaq əsas 20 faizlik hissəni müəyyənləşdirmək vacibdir. Bu elədə çətin deyil. Belə ki, hansı məhsulların daha çox satıldığını, imtahana daha çox hansı mövzudan sual düşəcəyini müəyyənləşdirmək, məqsədinizə çatmaq üçün etməli olduğunuz 20 faiz cəhdi müəyyənləşdirmək o qədər də çətin deyil.

Comments

  1. Deməli uğur qazanan tənbəl insanlar o 20% i digərlərinə (çalışqan olub eyni uğuru əldə edənlərə) nisbətən daha yaxşı müəyyənləşdirə bilirmiş?

    ReplyDelete

Post a Comment