SEVGİ MARKETİNQİ

İnsanların sosial mediada paylaşdıqları ayrılıqla bağlı statusları, hekayələri bu mövzuya toxunmağa bizi vadar edir. Nələr olur, hər kəs niyə bu qədər yalnızdır? Kimsə əzab çəkdiyini, kimsə yalnız olduğunu, kimsə sevilmədiyini, kimsə dünyanın ədalətsiz olduğunu, kimsə başqa birinə söz atdığını görürük. Bunlar  yazılı statuslar, son zamanlarda böyük tələb yaradan sevgi və ya ayrılığa aid qısa videoçarxlar, şəkillər və s. vasitələrdən istifadə etməklə çatdırılır. Hətta bəzilərindən nolub niyə belə şeylər paylaşdığını soruşanda heç bir şey olmayıb sadəcə xoşuma gəldi deyirlər, bilmirəm qarşısındakı insanı yoxsa özlərini aldadırlar ancaq ikisindən biri olduğu mütləqdir. Əgər insan bu tip statuslar(hekayələr) paylaşırsa onun daxili aləmi ilə paylaşdıqları arasında mütləq əlaqə vardır. İnsanlar daxili psixologiyasına və  düşüncələrinə uyğun şeylər paylaşırlar, sizcədə insanlar ona əks olan düşüncə və fikirləri paylaşa bilərlər? Əlbəttə ki, yox!!!! 
Image result for love marketing
Bəs bu insanların Sevgi ilə bağlı olan problemləri nədədir?  Bu problemləri yaradan, onları yayılmasını istəyən, yalnız qalmağımız üçün stimullaşdırıcı tədbirlər görən şəxslər və ya təşkilatlanmalar mövcuddurmu?  Bəli insanların, yəni qadın və kişinin ayrı olmasından böyük gəlir götürənlər var və onların iqtisadi maraqları sizin şəxsi həyatınızdan önəmlidir. Onların kim olduğunu deyil niyyətlərini və çıxış yolunu axtarmaq daha düzgün qərardır. Qadın və Kişi bir olmaq üçün yaradılmışdır ayrı olmaq üçün deyil! Onların ayrı olması yer kürəsinin bütövlüyünə böyük zərbə vurur. Sanki ağacları torpaqdan, buludları səmadan ayrılması kimi. Bütün bunların gətirə biləcəyi fəsadlar kimi ayrılıq, yalnızlıq yaşayan insanların törətdiyi fəsadlar da günü-gündən böyüyür. Cinsi zorakılıqların artması (xüsusilə demokratik ölkələrdə- ABŞ), cinayətə meyillilik, pessimist insanlar, zərərli vərdişlər narkotik, siqaret, içkiyə aludəçilik, çox yemək, hədsiz xərcləmək istəyi və s.
İnsanlardan bəziləri sevgi yoxdur deyə bağırırlar, ancaq  nə qədər yalnız olduqlarını deyə bilmədikləri üçün bunu edirlər.
İndi isə Sevgidən və ya Sevginin olmamasından necə gəlir əldə edilir onu izah edək. Əvvəlcə onu qeyd edək ki,  ölkədə ayrılıqların sayı çoxaldıqca qısamüddətli dövr üçün şirkətlərin gəlirləri artır uzunmüddətli dövr üçün isə azalır. Sevgili olan və ya ailə quran insanların sayı artdıqca isə şirkətlər qısamüddətli dövrdə az uzunmüddətli dövrdə isə çox gəlir əldə edirlər.
Əvvəlcə ayrılıqlar artanda nələr olur onu izah edək.
Kişilər. Dərhal siqaret və içkiyə meyil salma. Özlərini asılı vəziyyətə salacaq dərəcədə bu zərərli vərdişləri edirlər. Digər bir hissəsi narkotikə can atır.
Qadınlar. Xarici görkəmlərini dəyişmək meyilləri: plastik əməliyyat, saçının rəngi və formasını dəyişmək, makiyajını belə dəyişmək istəyi, bəzisi idmana gedir bəzisi əksinə çox yeyib yatır xüsusilə fast food yeməkləri, hədsiz  alış-veriş  etməyə olan tələb, gözəl həyat yaşadığını və xoşbəxt olduğunu göstərmək üçün bütün kafe və restoranlardan olan paylaşımlar və s.
Zərərli məhsullar , geyim satan mağazalar , restoranlar  qısa müddət üçün gəlirlərini artıra bildilər. Bu tip insanlar sevgi cəhətdən çatışmazlıq hiss etdikcə, o şirkətlər daha çox qazanmağa davam edəcəklər.
Müəyyən insan qrupları da var ki, onlar daha təkmil yollardan istifadə edirlər. Son zamanlarda sevgiyə aid kitablar oxuyanların sayı artmaqdadır, rəsm çəkmək, mahnı oxumaq ( bayağı mahnıların və karaokelərin niyə son zamanlarda artdığını), sosial işlərdə iştirak etmək, hər hansı layihələrdə könüllü işləmək, çox az qrup insan isə özünü işləməyə həsr edir.
Bu sadalananlar sevgilisindən ayrılanlar, qarşılıqsız sevgi yaşayanlar, sevə bilməyən insanlara aiddir.
Digər məqaləmizdə isə evli insanların sayının artmasının iqtisadiyyata və marketinqə təsirlərini izah edəcəyik.

Comments