QADIN MARKETİNQİ

Bir özünüzə sual verin dünyada ancaq kişilər olsaydı brendlərin sayı indiki qədər çox olardımı?
Cavab əlbəttə ki, xeyr. Mən belə bir şeyin tərəfdarı deyiləm əksinə brendlərin olmasının dünya iqtisadiyyatına faydalı olduğunu düşünürəm. Sadəcə xanımların iqtisadiyyata olan təsirini izah etmək üçün bu misalı gətirdim.
Image result for women shopping

Sonrada kişilər dünyanı biz idarə edirik deyə fəxr edirlər. Xanımların həm alışda həm satışda daha yaxşı olduqlarını bilirik. Bir misal gətirək. Bir kişinin öz saçlarını kəsdirmək üçün salona gedir. Ona əlavə xidmət üçün ancaq üzünü qırxmağı təklif etmək olar əgər məsələyə qlobal baxsaq maximum saçına rəng qoya bilər. Xanımlara gəldikdə isə vəziyyət tamamilə fərqlidir. Xanım gözəllik salonlarında isə xidmətlər saçdan başlamış ayaq dırnaqlarına qədər olan xidmətlər dəstini əhatə edir. Başqa bir misal kişilərin özünə paltar alma intervalı ilə qadınların özünə paltar alma intervalının müqayisəsi, bunuda yəqinki hamımız bilirkki, kim üstünlük təşkil edir. Evinizə ərzaq məhsullarınızı alan zaman, mebel və məişət əşyaları alan zamanda qadınlar qərar vermədə üstün tərəf kimi çıxış edirlər. Evdə mebellərin yenilənməsini xanımın tələb etməsi, səyahətə çıxmaq, bir restorana getmək, toy üçün yeni paltarlar alanları hələ demirəm və s. bu siyahının uzun olduğunu demək olar.
Məhz bu kimi amillərə görə Qadın Marketinqinə yüksək önəm verilir. Düzdür bizim universitetlərdə belə bir fənn keçilmir amma dünya universitetlərində bu keçirilir. 
Buna fikir verən bir çox şirkətlər daha böyük gəlirlər qazanırlar. Məsələn: geyim mağazasında qadınlar üçün olan ərazinin və çeşidin geniş olması onları daha çox alış eyməyə sövq edir. Son zamanlarda qadınların avtomobil sürməsi avtomobil şirkətlərinə də böyük faydalar verir.
Related image

İstər avtomobillərin dizaynı, istər qapıların açılıb bağlanması , maşının içərisində olan güzgü və s. kimi xüsusiyyətlıər əlavə olunur. Onuda qeyd etmək istərdim ki, xanımların öz avtomobillərini yeniləməsi daha sürətlə baş verir nəinki kişilərdə və bu özüdə böyük gəlir qazanmağa imkan verir. Üstəlik qadınlar hər kilometrə nə qədər yanacaq sərf olunması, motorun gücü və s. kimi xüsusiyyətlərə o qədərdə önəm vermirlər onları daha çox brend olması və dizaynı maraqlandırır . Ancaq avtomobillərin statistikasında kişilərin üstün olması avtomobillərə olan maraq ilə bağlıdır. 
 Birdə onu qeyd etmək istərdim ki, hal-hazırda şirkətlərdə qadınların rolu artmaqdadır buraya HR, Marketinq , operator, satış və s. kimi sahələrdə önə çıxırlar.

Comments