KİTAB MARKETİNQİ

İstənilən halda Azərbaycanda kitab oxuyanların sayında artım dinamikası müşahidə olunur. Burada biz məqsədyönlü kitab oxuyan və oxumayan bütün kateqoriyalardan olan insanları aid edirik. 
Kitabların oxunması ilə bağlı tələbin artmasında kitab mağazalarının açılması, həmçinin onlayn satış edən şəxslərin artması böyük rol oynayır. Son zamanlarda kitab hədiyyələri verənlərin artması, kitab mübadiləsi edənlərin olması, kitab axtarışı üçün sosial mediada səhifələrin olmasi, elektron kitabların yayılması və telefondan kitab oxuyanlarda aramızda vardır və s. kimi səbəblər kitablara olan marağın artmasına müsbət təsir edir.
Kitabların kateqoriyalarında dərininə olan inkişaf zəif olsada müsbət istiqamətdə olması gələcəkdə kitablara olan tələbin artacağını göstərir.  Həftəlik kitab hədəflərinin müəyyənləşdirilməsi, məqsədyönlü kitabların oxunması, hədiyyəlik kitablar, kitablara özünəməxsus qoxuların tətbiq olunması, kitabların oxunması üçün özəl məkanların yaradılması kitab marketinqinin əsas təsiredici faktorlarıdır. Bunlardan istifadə olunması kitablara daimi və stabil tələbatın yaradılmasına imkan verir. 
Sözsüz ki, kitabların satışında ən böyük təsir faktorlarından biri də onun adıdır.  Dəfələrlə müşahidə olunmuşdur ki, kitabın adının, xarici görkəminin dəyişdirilməsi satışının artmasına səbəb olmuşdur. Ancaq ən çox satılan kitablar içərisində kitablar məzmuna görə seçilir və betsellerə çevrilirlər. Digər tərəfdən Bir CEO-nun mütləq bilməli olduğu başlıqlı bir kitab ən çox satılanlar arasındadır, baxmayaraq ki, onun faydalı olduğunu tam olaraq demək mümkün deyil.
Kitab alarkən məsləhət görülür ki, şəxsi inkişaf kitabı alınırsa: məqsədyönlü, məzmunu öyrədici və tətbiq edilən olmalı,  cümlələr aydın və rahat olmasına fikir verilməlidir. Bədii əsərləri sevirsinizsə kitablarin seçimində müəyyən ardıcıllıq və ya kateqoriyalar üzrə oxumaq məsləhət görülür. Birdə bütün kitablar faydalıdır fikri doğru deyildir buna görə diqqətli olmağınız həm sizin üçün həm də başqa kitab oxuyanlar üçün faydalıdır. Belə ki, yalnış kitabların oxunması o kitabların satışının artmasına və kitab satanların həmin kitabları daha çox gətirməsinə bu da faydası olmayan kitabı daha çox insanın oxumasına gətirib çıxarmasıdır.
    Bu mövzudan yazılmasında əsas məqsəd  kitab marketinqinin bir başqa forması idi. İnanıram ki, bu da kitab oxuyanların sayının artmasına səbəb olacaqdır.

Comments

Post a Comment