İNSANLARIN SƏHVLƏRİNİ İDARƏETMƏK

İstər iqtisadiyyatda olsun istər digər sahələrdə insanların səhvləri, yalnış addımları menecmentdə yeni idarəetmə formalarını yaranmasına səbəb olmuşdur. Yəni insanların səhvləri yaradıcı idarəetmə addımlarını stimullaşdırmışdır. Misal olaraq: əvvəllər rüşvət alınan yerlərdə hal-hazırda gömrük rüsumları, vergilər, dövlət rüsumu kimi fəaliyyətlərin yaradılmasına səbəb olmuşdur. Bir tacir başqa ölkəyə keçmək üçün sərhəddə rüşvət verirdisə indi gömrükdə lazımı prosedurlardan keçməklə rahat bir şəkildə digər ölkəyə keçə bilir.
Müasir dövrdə isə bu menecmenti həyata keçirmək istəyən insanların sayı artmaqdadır ancaq bunun tam əksini edənlərində sayı da artmaqdadır. Buna qısacası belə ad vermək olar Pozitiv Menecment və ya əksi olan Neqativ Menecment. Azərbaycanda pozitiv menecment çox az səviyyədə müşahidə olunur. Misal kimi ASAN xidməti demək olar. Buradakı pozitiv menecment ondan ibarətdir ki, insanlar müxtəlif dövlət qurumlarında olan rüşvət, süründürməçilik, pis xidmətdən insanları ASAN xidmətlə qurtardılar. Əvəzində rüşvət vermir, dövlət rüsumu ödəyirik .
Pozitiv menecmentə aid misal ən yaxşı Amerikada yol nəqliyyatı ilə bağlı məsələni demək olar.  Amerikada qarşılıqlı olan 2 qoşa xətli yollarda yolun bir tərəfində avtomobillərin sıxlığının  çox olması digərinin isə boş olması zamanı sürücülər yolun əks istiqamətinə çıxdıqları müşahidə edilmişdir.
Related image

 Bu vəziyyət Azərbaycandada tez-tez müşahidə edilir. Əvvəlcə bizdə olan yanaşmanı izah edək. Belə sürücülər dərhal qınaq obyektinə çevrilir, bəziləri onları sosial media vasitəsilə ürəkləri istəyəni deyirlər və bunun qarşısını almaq üçün yalnız atılan addım cərimələmək olur, ən pis halda sürücülük vəsiqəsi əlindən alınır. Bu addımın çox pis nəticələri vardır belə ki, insanlarda artıq bu düşüncə formalaşır ki, pulumu verib ürəyim istədiyi kimi avtomobili sürə bilərəm, hər şey başında pul durur, insanlar arasında ayrı-seçkiliyə səbəb olur, digər tərəfdən nəqliyyatın neqativ istiqamətdə inkişaf etməsinə və kamil sürücələrin yetişməsinə mane olur. Bizdə olan bu yanaşma Neqativ menecment adlanır. Amerikalılar isə Pozitiv menecmenti çox yaxşı tətbiq edərək bu problemə maraqlı və sadə çıxış yolu tapmışlar. Onlar yolun bir tərəfinin sıx qarşı tərəfinin boş olmasını  müşahidə edərək yolun işıqfor olan hissəsində qarşı yola keçə bilmək üçün əlavə yol nişanı quraşdırılmışdır.


Related imageYolda sıxlıq olan zaman Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən (Azərbaycanda belə adlanır) həmin işarə aktivləşdirilir və beləliklə avtomobillər yolun qarşı tərəfinə keçərək irəliləyirlər. Əslində insanların haqlı tərəfi ondan ibarətdir ki, niyə əks yol boş olduğu halda saatlarnan sıxlıqda dayanmalıdırlar. Həmçinin müşahidə olunmuşdur ki, şəhər yollarında yolların əksəriyyəti kəsişdiyi üçün bir yolda avtomobillərin sırasının uzanması həmin yol ilə kəsişmədə olan digər küçələrdədə nəqliyyatın durmasına səbəb olur. Bu baxımında atılan addıma əhsən demək olar həqiqətəndə sadə eyni zamanda əla fikirdir.

Comments