İNFLYASİYA VERGİSİ NƏDİR?

Bu mövzuya keçməmişdən əvvəlcə inflyasiyanın nə olduğunu izah etmək lazımdır. İnflyasiyanın klassik izahı pulun dəyərinin düşməsi və ya qiymətlərin qalxması kimi izah edirlər.

 Ancaq bu inflyasiyanın  nəticələridir ancaq tam olaraq özü deyil. İnflyasiya ən sadə şəkildə pulun kəmiyyət nəzəriyyəsi izah edir. Bu nəzəriyyənin düsturu belədir:
           M × V = P × Y
Burada M-pulun miqdarını, V-pulun iqtisadiyyatda buraxılma(tədavül) surətini, P- məhsulların qiymətini, Y- məhsulların miqdarını göstərir. Yəni, düstur bizə ölkədə olan pul dövriyyəsi ilə məhsul və ya xidmətlərin dövriyyəsinin müqayisəsidir. Bərabərliyin istənilən tərəfindən tarazlığın dəyişməsi inflyasiyanın artıb-azalmasına səbəb olur. Məsələn:əgər pul dövriyyəsi çoxalırsa, məhsul və xidmətlərin dövriyyəsi azalırsa bu qiymətlərin bahalaşmasına və pulun dəyərinin zəifləməsinə səbəb olur. İnflyasiya əslində daha geniş və dərin bir mövzudur ona görə adi insanların inflyasiya barəsində olan fikirlərinin 90% yalnış şəkildə izah olunur.
Bəs İnflyasiya vergisi nədir?
Dövlət bəzən öz xərclərini artırmaq məcburiyyətində qalır. Mövcud situasiyada gəlirlərini vergilər, gömrük , istiqrazlar hesabına qazansada əlavə xərclər yarananda bəzən bunu sadəcə pul maşını işə salıb əlavə xərclərini ödəyir. Bu zaman dövriyyədə heç bir iqtisadi səbəb olmadan artıq pul kütləsi yaranır ki, bu da qiymətlərin qalxmasına və insanların ciblərində olan pulun ucuzlaşmasına səbəb olur. Bu zaman insanlar hiss etmədən belə vergi ödəyirlər və bu vergi inflyasiya vergisi adlanır. Yəni, sizin cibinizdə 10 manat pul var və siz əvvəllər 1 manata aldığınız məhsulu indi 2 manata alırsız nəticədə əlavə olaraq 1 manat çox ödəniş edərək inflyasiya vergisini ödəyirsiniz.

Qeyd etmək istərdim ki, makroiqtisadi məsələlər çox mürəkkəbdir və bəzi insanların burda nə var ki, həll edə bilmirlər demələri bilgisiz olmalarına görədir. Yuxarıda izah etdiyim məsələnin bir təsir faktorunu izah etdik, real iqtisadiyyatda isə bu faktorların sayı kifayət qədər çoxdur.

Comments