İDXAL ETMƏYİN FAYDALI TƏRƏFLƏRİ

Ölkələr bildiyimiz üzrə məhsulları idxal və ixrac edirlər. Hal-hazırda bir çox ölkələr daxili iqtisadiyyatını qorumaq üçün idxala qarşı gömrük rüsumları, əlavə vergilər, müəyyən məhsullara kvotaların ( məhdudiyyət) qoyulması və s.
Ancaq idxalın faydalı tərəfləri də vardır.
Related image
 Ölkənin bir çox məhsulları idxal etməsindən ən çox qazanan iştirakçılar (müştərilər) olur. Belə ki, onlar daha keyfiyyətli, ucuz, faydalılığı yüksək olan məhsullar almış olurlar. Xüsusilə texnoloji məhsullar bu baxımından ən faydalı məhsullar hesab olunur. İnsanların yüksək keyfiyyətli və ucuz məhsullar alması onların həyat səviyyəsinin yüksəldilməsinə, gəlirlərini artırmağa imkan verir. Buraya həmdə göstərilən xidmətlərdə aiddir. Məsələn: Mcdonald's, KFC, Burger King və s. kimi şirkətlər özünəməxsus xidmətləridə birlikdə məhsullarını təqdim edirlər. İdxal həmdə beynəlxalq iqtisadiyyatın inkişafı səbəb olur. İdxal səviyyəsinin yüksək olması pərakəndə ticarətin inkişafı və böyüməsinə, xidmət sektorunda çalışanların artmasına, böyük ticarət mərkəzlərinin yaranmasına ( Mall-lar) səbəb olur.
Bu sadalanan müəyyən müddət üçün faydalı hesab olunur. Uzunmüddətli dövrdə idxaldan elə ən çox itirən istehlakçılar (müştərilər) olur. İdxal səviyyəsinin yüksək olması daxili istehsalçıların sıradan çıxmasına və ya yaranmamasına, işsizliyin artmasına, ölkənin xarici valyuta ehtiyatlarının azalmasına, ölkə valyutasının zəifləməsinə, idxal olunan məhsulların qiymətinin qalxmasına səbəb olur. Əsas məsələlərdən bir kimi idxal olunan məhsulların qiymətlərinin qalxması nəticəsində insanların həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Həmçinin alına biləcək alternativ yerli məhsullar isə ya olmur ya da keyfiyyəti çox aşağı olur.
İdxala ciddi maneələr qoyub yalnız daxili istehsala söykənmək də tam olaraq doğru deyil. Müəyyən istiqamətlər üzrə ixraca müəyyən hissəsi isə idxala üstünlük verilsə daha doğrudur. Bu ölkənin xarakterik xüsusiyyətlərindən asılı olaraq hansı istehsal sahəsinə yönəlməli (idxal və ya ixrac) etməli olduğunu seçməlidir. İdxal və ixrac səviyyələrinin optimal səviyyədə olması insanların həyat səviyyəsinin  yüksəldilməsinə, iş yerlərinin artmasına, valyuta stabilliyinə, beynəlxalq ticarətdə qarşılıqlı inkişafa gətirib çıxarır.

Comments