Azad Bazarın Milli İqtisadiyyata Təsirləri

Ölkələr tam olaraq açıq bazardan çəkinirlər. Beynəlxalq rəqabətin güclənməsi ölkələrə öz daxili iqtisadiyyatların qorumağa vadar edir. 

Ölkədə gömrük rüsumları az, rəqiblərin bazara giriş-çıxış imkanları rahat olanda bazar xarici şirkətlərin meydanına çevrilir. Nəticədə yerli şirkətlər bazarda öz güclərini itirirlər. Bu tendensiya ölkənin milli təhlükəsizliyi üçün böyük təhlükə hesab olunur. Digər tərəfdən iş yerləri xarici investorlardan asılı olur və onlar bazardan çıxıb getsələr dərhal böyük həcmdə işsizlər qrupu yaranır. Buna görədə bir çox ölkələr öz daxili iqtisadiyyatını qorumaq üçün müxtəlif tədbirlər görürlər. Onlara güzəştli şərtlərlə kredit, subsidiyalar, vergi güzəştləri, texniki və s. kimi stimullaşdırıcı tədbirlər görürlər.
Ancaq burada həssas bir nöqtə vardır ki, optimallıq gözlənilməlidir. Çünki yerli şirkətləri həddən çox müdafiə etmək onların arxayınlaşmasına, inkişafa meyilli olmamasına, məhsul və xidmətlərinin keyfiyyətinin artırılmasına maneçilik törədir. Bəzən xarici şirkətlərə böyük dərəcələrlə gömrük rüsumları qoyulur deyə onların məhsulları ilə yerli məhsullar arasında çox böyük fərqlər yaranır. Bu qiymət fərqinin az olması rəqabəti təşviq edir və yerli şirkətləri inkişaf etməyə sövq edir.
Müasir dövrdə hətta Amerika kimi böyük iqtisadiyyata malik ölkələr belə öz yerli şirkətlərini qorumaq üçün proteksionizm siyasəti yürüdürlər.

Comments