Az məlumat çox məlumatı idarəedir.

İnsanların əksəriyyəti az olan informasiyaların  bütün çoxluğa aid etməyə meyillidirlər və bu çox yalnış informasiyaların yayılmasına səbəb olur. Bu yalnış informasiyaların yayılması mənfi trendlərin artmasına və insanların psixologiyasına mənfi təsir edir. Azərbaycanda bu trend daha böyük yayılıb, universitetə daxil olan və ən yüksək balı rayonlarda oxuyan şagirdlər yığır, Azərbaycanda olan rüşvət qədər başqa heç bir ölkədə rüşvət yoxdur,  işə mütləq tanışlıqla girməlisən (xüsusilə dövlət sektorunda), diplomu varsa savadlı insandır,  insanların əksəriyyəti pis insanlardır,  varlı insanlar ancaq pis yollarla pul qazanırlar,  bu avtobuslardan bir ikisin əlavə xəttə buraxsalar   basa-bas olmaz, bir müəllim pis dərs keçirsə təhsil sistemimiz bərbaddır və s. Bunlar hamısı yalnış məlumatlardır.


Rəsmi statistika Bakı şəhərində  təhsil alan şagirdlər universitetə  qəbul  olan  və ən yüksək balı yığan şagirdlərin əksəriyyət hissəsini əhatə edir ancaq insanlar ucqar kənddən yüksək bal yığan şagirdi hədsiz şişirdilir deyə insanlarda yalnış fikir formalaşır, əslində qat-qat çox olan rüşvət olan ölkələr var, ətrafında kimsə işə tanışlıqla daxil olub deyə bunu bütün ölkəyə aid edirlər, universiteti bitirənlərin əksəriyyəti öz ixtisasını orta səviyyədə belə mənimsəmir çünki ixtisaslarını sevmirlər, insanların az bir qismi pis insandır sadəcə insanlar aralarında baş vermiş çox xırda məsələlərə görə digər insanı pis insan adlandırmağa meyillidirlər, sərvət yığan insanların çox az hissəsi qeyri-qanuni yollardan pul qazanırlar, avtobusları artırmaqla deyil nəqliyyat vasitələrini şaxələndirməklə (metro, mikroavtobus, makroavtobus və.s) sıxlığın qarşısını almaq olar, yaxşı dərs oxuyan tələbələrimizin sayı yaxşı müəllimlərin sayından qat-qat aşağıdır.


Bu dediklərimə inanmaya və öz daxili hisslərinizə görə qəbul etməyə bilərsiniz. Ona görə başa bir tədqiqatı sizə izah edəcəyəm. Bir kənddə taksilərdən biri qəza törətmişdir. Bu qəza axşam vaxtı baş vermişdir və bir nəfər bu qəzanı gördüyünü söyləmişdir. Kənddə yalnız 2 rəngdə: yaşıl və mavi taksilər mövcuddur. Kənddəki taksilərin 75 %-i yaşıl 25 %-i isə mavi rəngdədir. Hadisənin görən şəxs qəzanı mavi rəngli taksinin törətdiyini söyləyib. Bu isə kənddəki bütün insanlarda belə fikir formalaşır ki, mavi taksiylə getmək təhlükəlidir. Statistika nəticəsində məlum olmuşdur ki, baş vermiş qəzaların 80%-i yaşıl taksilər,
qalan 20% isə mavi taksilər tərəfindən törədilir. Qəzaların çox hissəsini yaşıl taksilər etsədə insanlar mavi taksi xəbərini o qədər şişirtmişdilər ki, yaşıl taksini daha etibarlı hesab edirdilər. Nəticədə insanlar daha çox qəzaya düşə biləcəkləri taksidən istifadə etməyə başlayırlar. Başqa bir tədqiqatda isə insanlara təyyarədə yoxsa avtomobildə getməyin daha təhlükəsiz olduğu soruşulmuşdur. İnsanlar əksəriyyəti təyyarədə getməyin daha təhlükəli olduğunu söyləmişdir. Ancaq statistika təyyarədə istər qəza istər ölüm hadisələri milyonda bir ehtimalla müəyyənləşdirilmişdir. Avtomobildəki qəza, ölüm halları isə daha tez-tez baş verməsinə baxmayaraq insanlar avtomobildə getməyin daha etibarlı olduğunu düşünürlər. Bəs niyə insanlar belə düşünür? Çünki təyyarə qəzası baş verən zaman bütün dünyada bu xəbər ani olaraq yayılır və bütün insanların qorxmasına səbəb olur. Avtomobil qəzaları isə gündəlik olaraq baş verir, insanlar yolda qəza görən zaman isə artıq bunu adi hal hesab edirlər. Avtomobil qəzalarını çox təyyarə qəzalarını isə az-az və bütün xəbərlərdə gördükləri üçün insanlar təyyarənin daha təhlükəli olduğunu düşünürlər.
Azlığı çoxluğa aid edən insanlar özlərini təhlükəyə, uğursuzluğa, insanların yalnış istiqamətdə getməsinə səbəb olur. Digər tərəfdən müəyyən olunmuşdur ki, bir ölkədə bir informasiyanın yayılması (doğru və ya yalnış) 10 milyonluq ölkədə 200-300 nəfərdən asılıdır. Ölkədə istənilən informasiyanın yayılmasında bu insanlar iştirak edir bunlara əsasən çoxlu dostları olanlar, başqalarına təsir etməyi bacaranlar, digər xüsusi statusları olan insanlardır ki, fərqi yoxdur doğru və ya yalnış məlumatın yayılmasında əsas rol oynayırlar. Deməli yayılmış səhv məlumatların idarə olunması mümkündür. Sadəcə olaraq həmin o şəxslərin müəyyənləşdirilməsi əsas vacib məsələlərdəndir.

Comments