ANALAR MARKETİNQİ

Qadınların içərisində ən çox qərar qəbuluna təsir edən analardır, bu faktdır. Xüsusilə Azərbaycanda bu daha aktualdır.

Bazar iqtisadiyyatının əksəriyyətində anaların rolu danılmazdır. Bu mövzunun yazılmasının əsas səbəbi budur ki, gənc xanımlar və oğlanlar öz analarının fikirlərinə daha çox önəm verirlər . Məsələn: bir xanım özünə geyim alsa və anası onu bəyənməsə geri qaytarma ehtimalı daha yüksəkdir.  Yuyucu və təmizləyici məhsullarda 99 faiz qadınlar alır, diş məcunu, şampun, evin dizaynı, qida məhsulları, məişət əşyaları və s.
Hətta Azərbaycanda Analar övladlarının  hansı universitetitə daxil olacağına belə qərar verirlər bunu Universitetlər nəzərə almalıdırlar.
Analar uşaq məhsullarının şübhəsiz əsas qərarverənləridir. Dünyada ən böyük word of mouth effekti  Analara məxsusdur. Çünki onlara inananların sayı çoxdur (övladlar, həyat yoldaşı, qonşular, qohumlar, rəfiqələr və s.).
Ailədə qadının iqtisadi qərarlarda əsas söz sahibi olması müsbət hal ola bilər ancaq bunun doğru olmayan tərəfi bütün xanımlara aid edilməməli olmasıdır. Belə ki, xanımların hamısı xərc məsələlərində heç də yaxşı deyil. Hər halda mağazaya bir məhsul almaq üçün gedib çoxlu lazımsız məhsullar alan Analarımız da vardır. Ailədə qərar ailə büdcəsini daha optimal idarəetməyi bacaran şəxsə verilməsi daha məqsədəuyğundur.
Unutmayın dünya nə qadınların nə də kişilərin idarəetməsi üçün verilib hər ikisinin birlikdə idarəetməsi üçün verilib bir tərəfin olmaması hər zaman problemlər yaradır. Bəzən qadının zərif düşüncəsinə, bəzən kişinin sərt məntiqinə, bəzən qadın gözəlliyinə, bəzən kişinin yaraşığına ehtiyac olur .

Comments