İstər evlənməkdə olan istərsədə evli insanların iqtisadiyyata olan faydaları çoxdur. Lakin insanların şəxsi büdcəsinin idarəedilməsi baxımından böyük çətinliklər yaradır. Yəni, insanlar həm evlənən zaman həmdə evli olduqlarında xərcləri artmağa başlayır, bəziləri əlavə işdə çalışaraq bəziləri qənaət etməyə çalışaraq bu xərclərin öhdəsindən gələ bilirlər.
İqtisadi baxımından ölkədə ailəli insanların sayının artması müsbət qiymətləndirilir. Belə ki, evli insanlar mebel, məişət əşyaları, uşaqlara çəkilən xərclər, ərzaq məhsullarına olan əlavə tələbat, kirayə və satışda olan evlərə tələbatın artması, bəzi inkişaf etmiş ölkələrdə isə evli olanlar maşınlarını da dəyişirlər, çünki onlara daha böyük və daha çox yük tutan avtomobillər lazım olur. Bu sadalananlar şirkətlərin cari dövr üçün gəlirlərini artırır. Həmçinin ailəli insanların sayının artması gələcəkdə əhalinin sayının artmasına səbəb olur ki, bu da şirkətlərə gələcəkdə daha çox gəlir qazanacaqlarına işarədir. Çünki insanların sayı nə qədər artırsa o qədər tələbat yaranır buna görə də şirkətlər bu artım səviyyəsi yüksək olan ölkələrin bazarlarını daha cəlbedici hesab edirlər. Məsələn: avropa ölkələrində təbii artım zəif olduğu üçün şirkətlər genişlənməyən bazarda məhdud müştərilər ilə rəqabət aparırlar. Əgər ölkədə təbii artım yüksəkdirsə şirkətlər bir-birləri ilə o qədər də kəskin rəqabətə girmirlər çünki buna o qədər də ehtiyac olmur. Alıcı sayı onsuz çoxdur.
Azərbaycanda isə bu özünü daha qabarıq göstərir insanlar hətta kredit götürərək həm banklara həm də götürdükləri kreditlə lazım olan bütün məhsulları almağa meyillidirlər. Son dövrlərdə evlənən insanların sayı azalması bir çox sirkətlərin gəlirlərinə mənfi təsir edir çünki onların əsas gəlirləri məhz evlənən insanların hesabına formalaşır. Xüsusilə məişət əşyaları (paltaryuyan, televizor, tozsoran və s.) və mebel mağazalarına ən çox təsir edir.
Bir nüans gözdən qaçırılmamalıdır ki, evlənən insanlarla yanaşı boşanan insanlarda nəzərə almaq lazımdır. Əgər həm evlənən həm də boşanan insanların sayı artırsa bu iqtisadiyyata qısamüddətli dövrdə çox gəlir gətirir uzunmüddətli dövrdə isə iqtisadiyyata çox mənfi təsir edir. Qısamüddətli dövrdə evlilər çox xərcləyirlər, boşanan insanlar isə bu stress altında daha çox xərcləməyə meyilli olurlar. Uzunmüddətli dövrdə isə insanlara evlənmə və boşanma hallarının artımı mənfi təsir edir. Nəticədə insanlarda ailə qurmağa qarşı istək zəifləyir bu isə şirkətlərin gəlirlərini azaldır. Bu situasiya hal hazırda Azərbaycan gənclərini daha gec evlənmə, daha seçici davranma, inamsızlıq, qarşı tərəfin gəlirlərinə fokuslanma, sosial status və s. kimi amillər təsir etməyə başlayır.
Digər tərəfdən gənclərə valideynlərin təzyiqi onları yalnış addım atmağa sövq edir. Unutmayın bir insan evlənməli olduğu üçün deyil bunu həqiqətən istədiyi üçün ( istədiyi şəxslə) evlənməlidir. Yaşıdlarım evlənib deyə məndə biyabır olmuyum deyə evlənmək insanların ömür boyu özlərini tənha və həyatdan zövq almamasına səbəb olur. Ona görədə xoşbəxt olmaq və rahat olmaq istəyirsinizsə başqalarının sizə olan təzyiqlərini azaltmalı, düşüncələrinizi inkişaf etdirməli, hisslərinizi idarə etməyi bacarmalısınız. Hansı yaşda, cinsdə, maddi durumda olduğunuzun fərqi yoxdur xoşbəxtlik əvvəlcə daxildən gəlir xaricdən yox əgər sizdə xaricdən gəlirsə siz ancaq müəyyən anda özünüzü yaxşı hiss edəcəksiniz amma tək olan kimi xoşbəxt olmadığınızı anlayacaqsınız.
Bütün bunları izah etməyimdə səbəb iqtisadiyyata vurulan ən böyük zərəri özümüzün vurduğunu hələ də dərk etməməyimizidir.
Comments
Post a Comment