Tələb-Təklif Paradoksu

                                               
                                                        TƏLƏB - TƏKLİF    PARODOKSU

Henry Ford:mən maşın istehsal etməsəydim insanlar hələ də at arabasında gəzirdilər.
Ford haklı idi! O arabanın atsız olacağını dediyi zaman kim ona inanırdı? İnsanlar araba və atı birlikdə görməyə o qədər öyrəşmişdilər ki, arabanı atsız olacağını təsəvvür belə edə bilmirdilər. Bu gün isə maşınların yol ilə şütüməyi çox adi haldır.
Bu təklif nəticəsində yaranan tələbdir. İnsanların istəklərinə uyğun məhsul və ya xidmət  istehsal etmək bu günün marketinqinin əsas prioritetlərindən birincisi olmuşdur. 
Image result for DEMAND SUPPLY
Tələbin təklifi doğurması yoxsa təklifin tələbi doğurması paradoksu sözsüz ki, yanaşma tələb edir. İnsanların hər tələbini qarşılamaq düzgün deyil eyni zamanda hər təklifdə tələb doğurmur. Bu paradoksun təklif tərəfi daha çox istifadə olunur. Müasir dövrdə elə texnoloji yeniliklər tətbiq olunur ki, adı insanlar buna əhəmiyyət vermirlər. Eynilə Ford maşın istehsal etmək istəyəndədə adi insanlar bunu qəbul etmir və hətta Fordun fikirlərini əhəmiyyətsiz hesab edirdilər. Məsələn: Uber şirkəti gələcəyin taksilərini öz  dronları ilə artıq uzaq səfərləri həyata keçirməyi planlaşdırır.


Bu günün insanı üçün bu o qədərdə vacib olmaya bilər ancaq gələcəyin insanı üçün bu ölkədən digər ölkəyə taksi ilə getmək vacib olacaqdır.
 İnsanlar köhnə maşınları ucuzdur deyə ala bilərlər(tələb) ancaq bu maşınların insanların səhhətinə çox böyük zərərləri vardır (radiasiya) eləcə də təbiətə. Ona görə ucuz və təbiətə az zərər vuran avtomobillər istehsalı ancaq təklif verənlər tərəfindən formalaşdırıla bilər. Üstəlik bu maşınlar yeni olacaq deyə tələbində olması gözləniləndir. İnsanların tələbatlarını ödəməyə hədsiz meyillik həm insanlara həm də təbiətə böyük ziyan vurur. Ona görə insanların tələblərinin idarəolunması vacib məsələlərdəndir. Bunu isə təklif verənlər nəzarətdə saxlaya bilərlər ancaq onlarda tələbin sonsuz olmasının tərəfdarlarıdır

Comments

Post a Comment