Marketinq nədir?
Bu suala çoxlu cavablar və yanaşmalar vardır. Mən bu standart yanaşmalardan bəhs etməyəcəm. Marketinqin özü olan ancaq diqqət edilməyən məqamlarını vurğulayacam. Sizcə niyə insanlar Starbucks-da kofe içərkən və ya kofe üzərində Starbuck-ın logosu olduğu qabın şəklini paylasirlar, sizcə niyə iPhone telefonunu işlədənlər başqalarından üstün olduqlarını düşünürlər , hələ Zaranın paketini əlində gəzdirib və içərisindədə paltardan başqa hər şey olanları demirəm və s. Bu misalları çox çəkmək olar ancaq bu o demək deyil ki, sadaladığım məsələlərə mənfi gözlə baxıram qətiyyən belə deyil. Sadəcə sual vermək istəyirəm necə oldu ki onlar bu qədər dəyərli ola bildilər? İndi içlərinizdən bəziləri onlar brendirlər deyirlər amma necə oldu ki , bunu bacardılar?, necə oldu ki, həyatımıza bu qədər daxil ola bildilər? Bax əsl marketinq budur !!!Bu dediklərimdən sonra birdə öz həyatınıza baxın görün marketinq sizi hər yerdə necə əhatə edib heç indiyə kimi bu qədər fikir vermişdinizmi? Marketinq qeyri-maddiliyi çox olduğuna görə hər insan bunlara fikir vermir. Supermarketə girib alış-veriş edərkən, dostlarınızla bir restoranda yemək yeyərkən, hətta bəzən əyləncəli yerə getmək istəyərkən, oğlanlar football və ya maşınlardan danışarkən, qızlar makyaj və geyimlərdən danışanda da marketinq oradadır. Marketinq konkret deyil əllə tutulan deyil bəzən gözlə görünən də deyil . İstənilən halda əgər bütün bunlara diqqət edirsinizsə artıq siz tam fərqli insansınız deməkdir.
Comments
Post a Comment