Minimum əmək haqqının faydalı və zərərli tərəfləri
Hal-hazırda Azərbaycanda minimum əmək haqqı 180 AZN-dir. Qeyd etmək istərdim ki, bundan əvvəl məbəlğ 130 manat olmuşdur. Bəs həqiqətən minimum əmək haqqının artırılmasının faydaları və ya mənfi xüsusiyyətləri vardırmı?
Minimum əmək haqqının artırılması (MƏH) ölkənin ən yoxsul təbəqəsinin rifah halının artırılmasıdır. Bu MƏH-in birinci vəzifəsidir. MƏH-in sonrakı faydalarına gəldikdə isə ölkədə orta aylıq əmək haqqının qalxmasına səbəb olur. MƏH ölkədə alıcılıq qabiliyyətinin artmasınada müsbət təsir göstərir.
Əvvəlcə onu qeyd etmək istərdim ki, MƏH qısamüddətli dövr üçün əhalinin həyat səviyyəsinə müsbət təsir göstərir ancaq uzunmüddətli dövr üçün proseslərdə elə ən çox insanlara zərər vurur.
Belə ki, əmək haqqlarının artması ölkədə orta aylıq əmək haqqının qalxmasına səbəb olur ki, buda ölkədə fəaliyyət göstərən şirkətlərin xərclərini artırır. Bu zaman şirkətlər 2 yoldan birini seçməyə məcbur olurlar: işçi ixtisar eləmək və ya qiymətləri artırmaq. Bu insanların əmək haqqları qalxdıqdan sonra qiymtələrin qalxmasına olan etirazlarınnın mənasız olmasını başa düşməyə və burada kimisə günahlandırmağın düzgün olmadığını qeyd etmək istərdim.
Yəqin indi başa düşürsüz ki, qiymətlər nəyə görə qalxır və ya işçilər ixtisar olunur. Təsadüfi deyil ki, bəzi Avropa ölkələrində minimum əmək haqqı yığışdırılıb (İtaliya). Əsas məqsəd ölkəyə investorların cəlb edilməsidir, çünki işçilərə verilən əmək haqqının səviyyəsi investorların əsas diqqət etdikləri əsas məqamlardandır. O ki, qaldı Azərbaycana, bizdə əmək haqqının artırılması düzgün addıdmdır çünki insanlar aldıqları əmək haqqına qane deyillər. Dövlətdə bu addım atmağa məcbur olur baxmayaraq ki, iqtisadi baxımından bunun düzgün olmadığını bilirlər. Bəs çıxış yolu nədir? Dövlət necə etməlidir ki, həm insanlar yaxşı yaşasın həm də ölkəyə investor cəlb etsin, işçilər ixtisar olunmasın.
Dövlət əgər MƏH-ı qaldırıbsa o zaman firmalara vergilərdə müəyyən güzəştlər, idxal-ixrac əməliyyatlarında güzəştlər, iş yerlərinin artırılması üçün lazımi tədbirlər görmək lazımdır. Gördüyümüz kimi iqtisadiyyat ikibaşlıdır (paradokslardan ibarətdir) və iqtisadiyyatı inkişaf etdirən zaman onun əsas təsir istiqamətlərini müəyyənləşdirmək vacibdir. Azərbaycanda MƏH-nın qaldırılması hal-hazırki situasiyada doğru addımdır lakin onun digər mənfi təsirlərini də nəzərə almaq əhəmiyyətlidir.

Comments
Post a Comment