Kim haklıdır? Marketinq yoxsa Maliyyə !?

Marketinq şöbəsi investisiya yatırmağı Maliyyə şöbəsi isə yatırırqsa niyə? nə üçün? yatırmalıyıq deyir. Maliyyə şöbəsi faydalılığını rəqəmlərlə isbatını istəyir. Bu zaman yaranan dilemmalar həqiqətən mürəkkəb məsələləri ortaya çıxarır. Image result for marketing vs financeMarketinq şöbəsi yeni bir PR kompaniyası həyata keçirmək istəyir, Maliyyə şöbəsi isə bu PR kompaniyasından nə əldə edəcəyimizi soruşur. Marketinq və ya marketoloq tərəfindən bunu izah etmək o qədər də çətin deyil. Lakin Maliyyə şöbəsinə bunu izah etmək çətindir. Marketoloq cavabında bu şirkətimizin brend imicinin artırılması üçün olduğunu bildirsədə analtik düşünmə tərzinə malik maliyyəçi bunu anlamaqda çətinlik çəkir. Çünki brend imicinin artırılması qeyri- madidir və onun ölçülməsi mümkün deyil. Hələ bu PR kompaniyasının şirkətə hansı mənfəəti gətirəcəyini müəyyənləşdirmək qeyri- müşküldür. Bu baxımından maliyyəçini haklı hesab etmək olar. Azərbaycanda da bu kimi məsələlərdə marketoloqlara inanan və marketinq büdcəsindən əlavə investisiya yatırmaq sistəyən insan isə yox səviyyəsindədir. Ancaq müasir dövrdə qeyri-maddi dəyər anlayışı aktuallığını artırmaqda davam edir. Ancaq hələdə maddi əşyalara baxıb varlı olduğunu düşünən şirktələrdə var. Müasir marketinq daha çox dəyər anlayışına köklənib yəni bir brendin dəyəri qeyri maddidir ancaq şirkətin bütün maddi aktivlərindən daha bahalıdır.  Yəqinki indi başa düşürsüz bu gün futbolçuların dəyəri niyə həddən artıq böyüdülür. Onların verdiyi fayda yalnız vurulmuş qoldan ibarət olmur. Siz müştəriyə əlavə xidmət göstərdikdə, brend imicinizi artırmağa çalışdıqca dəyəriniz artır ancaq maddi aktivləriniz artmır və üstəlik bu mühasibatlıq hesabınızdada görsənmir. Image result for marketing vs finance


 Marketoloqların əsas vəzifələrindən biri gördükləri işləri rəqəmlərlər ifadə etməyə çalışmalıdırlar. Eyni zamanda maliyyəçilərdə bəzi məsələlərin rəqəmlərlə ifadə etməyin mümkün oldmadığını anlayışla qarşılamalıdırlar. Burada dahaa çox əməkdaşlıq(sinergiya) etmək tövsiyyə olunur.


Comments