İqtisadiyyatmızın inkişafına ən çox nə mane olur ?


Biznes qurmaq eh sən nə danışırsan Azərbaycanda biznes qurmaq olar!? Səni o dəqiqə ayağından çəkəcəklər! Get özünə yaxşı bir iş tap. Gedirsən iş tapmağa tanışlıq olmasa işə götürmürlər ! Əgər birisi mən yaxşı təhsil alıb özümə gözəl karyera quracam dediyi zaman isə Azərbaycanda təhsil yoxdur get xaricdə oxu. Kimsə roman, klassik bir kitab oxuyandada o mənsız bir kitabdır havayı vaxtını öldürmə, şəxsi inkişaf və ya motivasiya kitabı oxuyanlara isə səni orda aldadırlar, orda yazılanlar həqiqəti əks etdirmir, satış olunması üçün yazılan kitablardır, tez həvəsləndirir sonra həvəsdən düşürsən ona görə oxuma. Hətta bir kitabın elektron variantı olub real variantı olmayanda bəhanə edərək mən elektron oxuya bilmirəm deyən tələbə, imtahan zamanı gecədən səhərə kimi kompüterdən gözünü çəkmir təki imtahanı versin. Təhsil sistemindən ən çox şikayət edənlər elə dərslərini oxumağa  ərinən, kitab üzü açmayan bitirdiyi ixtisası barədə herç olmasa orta səviyyəli biliyi olmayan tələbələrdə həmin tələbələrdir. İmtahandan kəsilmə səbəbin müəllimdir günahkar, qəbul imtahanında suallar çətin düşmüşdü deyə zəif bal yığdığını deyənlər, qırmızı diplom və ya sadəcə diplom almaq üçün oxuyanlar necə bəs.
Image result for student computer tired funny
Səhər yuxudan durub yenə bu avtobus, metro basabasdır deyib elə  avtobusda, metroda  camaatı itələyən də özüdür. Sevgi yoxdur deyib sevgidən şikayət edən və sevməyi bacarmayan da özüdür. Rüşvətdən şikayət edib özü rüşvət verənlər, ədalətsizlikdən şikayət edib özləri ədalətsizlik edənlər, səhiyyəyimizdən narazı olub öz övladını məcburən tibbdə oxutdurub onun imtahandan keçməsinə rüşvət verənlər .
Bizdə futbol yoxdur deyənlərə  bəs Qarabağ deyəndə, belə onun arxasında duran var ona görədir, bu idman yarışları niyə keçirilir onnansa camaata paylasınlar bu pulu və s. Hələ çox misal çəkmək olar. 
Related image

Əlbəttə ki, insanlar uğursuz olmalarının tək səbəbi özlərinin olduğunu qəbul etmirlər , öz məqsədlərinə necə çatmaq olar fikirləşmək olar?  onu düşünməkdənsə qarşısına çıxan maneəyəyə şikayət edib dururlar. Bu gün bütün dünyada uğursuz insanlar var və onlarda başqalarını günahlandırırlar. Sənin istədiyinə çatmasına mane olan şey əslində sənin üstünlüyündür. Messi xəstə olmasaydı bu gün o bu qədər güclü bir futbolçu ola bilməyəcəkdi, Çarli Çaplin boyu balaca olduğuna görə məşhurlaşdı və hələ də yaddaşlardadır, bir işə qəbul olmamağınız daha yaxşı bir işə girəcəyinizə işarədir, müəllim dərsi yaxşı keçmirsə sənin özüvün o dərsi yaxşı bilməyin həm özünə, həm yoldaşlarına, həm də müəlliminə təsir edir, biznesdəki maneələr sənə necə doğru hərəkət etməli olduğunu göstərir və s.
İndi bu insanları mən tənqid etmirəm onların məsələyə başqa tərəfdən baxmağı təklif edirəm.
Əgər Amerikada yaşasaydıq burda biznes qurmaq olmur rəqabət çox güclüdür, cinayətlərin sayı çoxdur dövlət işləyə bilmir, hər 7 nəfərdən biri küçədə yatır, yoxsul vəziyyətdə yaşayır.
 Avropada olsaydıq miqrantlar bizə imkan vermir, niyə ingilislərin məhsulu burda gömrüksüz gəlib mənim məhsulumdan ucuz olur , niyə mən çox pul qazandığıma görə çox vergi verməliyəm və s.
Qeyd etmək istərdim ki, bu ölkələrdə  rüşvətin səviyyəsi ortadır Nəzərə alaq ki, onlar bizdən əvvəl inkişaf edib və həyat səviyyəsi baxımından da bizdən üstündürlər.Bəs əsl səbəb nədir?  Hər kəs istədiyini əldə edə bilməməyinin  səbəbini başqalarını günahlandırmaqla haqlı çıxmağa çalışır. İnsanlar onların uğurlarına mane olanları  deyəndə : ölkənin makroiqtisadi durumunu, vergiləri, dövləti, valideynlərini, təhsil sistemini, boyunun balaca olmasını, burnunun böyük olmasını, kök olmasını, pulunun az olmasını, mühitinin pis olmasını, daydayının olmamasını, şəraitinin olmamasını və s. kimi bəhanələr gətirirlər.
Bizim inkişamıza mane olan sadəcə və sadəcə düşüncələrimizdir. Həyatdan şikayət edib istədiklərini əldə edə bilən insanlar olmur. İqtisadiyyatımızında, təhsilimizində, səhiyyəmizində inkişafı bizdən asılıdır. Bu gördüyünüz problemləri yaradan da bizik həll etməkdə bizdən asılıdır. Bu problemləri həll etmək bizim düşüncələrimiz və davranışlarımızdan asılıdır!!!
Problemin özündə olduğunu görməyən insanlar.
Related image

Comments