Çox işləyirəm az maaş alıram!?

                          Çox iş - az maaş

Bu menecmentdə ən yalnış metodlardan hesab olunur. Belə ki, işçi çox yaxşı işləməsinə rəğmən az əmək haqqı alır. Üstəlik bəzi menecerlər həmin işçiləri əlavə işlər tapşıraraq onları daha çox yorur və bununla əlavə işçi götürmək üçün olan xərcləri azaldır.
Bu metod ilkin baxışdan qənaət kimi görsənə bilər. Amma bu heç də belə deyil. Hətta şirkətə daha çox zərər vurur. Müasir menecment işçinin keyfiyyətli işləməsini ön plana çəkir. Məsələn: bir rəhbər özünə köməkçi götürür. Ona əlavə, onun vəzifəsinə aid olmayan işləridə tapşırır. İşçi qısamüddətli dövr üçün bütün bu işləri pis və ya yaxşı görməyə çalışır.
 Ancaq bir müddətdən sonra işçi artıq bütün bu işlərin qarşılığında əlavə üstünlüklər qazanmaq istəyir. Bu əmək haqqı və ya karyera inkişafı kimi özünü biruzə verir. Lakin rəhbərlər bu kimi məsələlərə o qədərdə fikir vermirlər. Üstəlik işçi xanımdırsa daha az əmək haqqı verilir bu faktdır!
Əslində isə uzunmüddətli dövr üçün gəlirlərini azaltmış olduqlarından xəbərləri belə yoxdur.
Əgər böyümək istəyirsənsə əlavə investisiya yatırmaqla bu mümkündür. İşçilərin işi bərabər şəkildə bölünməli və işçilərin potensialı nəzərə alınmaqla bu edilməlidir.
Burada əslində menecer itirir işçi isə əlavə üstünlüklər qazanır. Ancaq çox insan bu tip yerlərdə işləyən zaman artıq işdən çıxmaq istəyir. Bu işçilərə ən yaxşı məsləhət bundan ibarətdir ki, verilən bütün tapşırıqları öz üzərinizə götürün simic menecer bu arada kimisə yenə işdən çıxarda bilər. Ancaq müəyyən mərhələdən sonra o sizdən asılı olacaq, sizin istəklərinizə qarşı çıxmayacaq, işdən tez çıxmaq , hər hansı problemin həlli və s.
Sizdə bu müddət ərzində həm özünüzü inkişaf etdirir və daha rahat bir iş rejiminə keçirsiniz.
Sizə demirəm ki, həmişəlik orda qalıb işləyin, xeyr. Ancaq siz müəyyən müddət burada işləyərək iş prosedurlarına yaxşı bələd olursuz. Özünüzə mükəmməl bir iş axtarın bilmək olmaz bəlkə də işdən çıxanda simic meneceriniz sizdən çox asılı olduğu üçün sizi itirməmək üçün daha yeni tapdığınız işdən daha çox maaş təklif edəcəkdir.
Seçim sizə məxsusdur!
Biznesin əsas prinsipi budur ! Daha çox vermədən ( investisiya, maaş, əmək və s.) daha çox ala bilmərsiniz. Bu həm menecerə həm də işçiyə aiddir.

Comments